Unibank səhmlərinin Bakı Fond Birjasında yerləşdiriləcəyi tarix açıqlanıb

Unibank səhmlərinin Bakı Fond Birjasında yerləşdiriləcəyi tarix açıqlanıbUnibank səhmlərinə abunə yazılışı prosesi emissiya prospektinin tələblərinə uyğun başa çatdığı üçün səhmlərin Bakı Fond Birjasında yerləşdirilmə tarixi elan edilib.
Bu barədə Bankın açıqlamasında deyilir ki, "Unibank Kommersiya Bankı" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən, hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlər Azərbaycan Respublikası Mərkəzi Bankının 20 iyul 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.
21 iyulda səhmlərə abunə yazılışı başlayıb və Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin ümumi dəyəri 11 milyon 900 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
21 iyul 2022-ci il tarixdən başlanılmış abunə yazılışı üzrə səhmlərin ümumi dəyərini təşkil edən 11 900 000,00 manat məbləğ 1 avqust 2022-ci il tarixdə tamamlanıb. Bu səbəbdən, səhmlərə abunə yazılışının emissiya prospektinin tələblərinə uyğun olaraq 1 avqust 2022-ci il tarixdən etibarən başa çatdığı elan edilir.
Səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə 4 avqust 2022-ci il tarixində başlanılacaq. Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Qeyd edək ki, səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra "Unibank"ın nizamnamə kapitalı 130 milyon 686 min manatdan 142 milyon 586 min manata yüksələcək.

Banklar     Tarix: 02 avqust 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri