"Unibank"a yenidən maya qoyulması müzakirə ediləcək
27 iyun 2024-cü il tarixində "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin İllik Ümumi Yığıncağı keçiriləcək.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
1. "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarının təsdiqi;
2. "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə investisiya qiymətli kağızlarının emitenti olaraq illik hesabatının təsdiqi;
3. Kapitallaşma ilə əlaqəli məsələlər;
4. "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin yeni korporativ sənədlərinin/aktlarının qəbulu, mövcud korporativ sənədlərində/ aktlarında dəyişikliklər edilməsi və bununla bağlı əlaqəli məsələlər.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Qeyd edək ki, hazırda "Unibank" 138 milyon 200 min manat nizamnamə kapitalına malikdir. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?
IMEI kod nədir?