Unibankın İdarə Heyəti sədri dəyişdirilib
"Unibank" Kommersiya Bankı ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti yenidən formalaşdırılıb.
Bu barədə Banker.az-a Bankdan bildirilir.
Qəbul edilmiş qərar Bankın korporativ idarəetmə strukturunun təkmilləşdirilməsi və gələcək inkişaf hədəflərinə uyğunlaşdırılması məqsədini daşıyır.
Təsdiqlənmiş tərkibə əsasən, İdarə Heyəti sədrinin müavini Heybət Qədirov müvəqqəti olaraq İdarə Heyətinin sədri vəzifəsini icra edəcək. Heybət Qədirov 2008-ci ildən Unibank komandasının üzvüdür. Bu təyinatadək müxtəlif vəzifələrdə çalışıb.
Yeni tərkibə əsasən, İdarə Heyətinin digər üzvləri isə Baş Maliyyə İnzibatçısı Faiq Zeynalov və Baş Risk İnzibatçısı Andrey Qrabdır.
Unibank KB-nin İdarə Heyətinin sədri Fərid Abuşov öz istəyi ilə bankdan ayrılıb. Bankın səhmdarları rəhbərliyi dövründə Bankın inkişafına verdiyi töhfələrə görə, Fərid Abuşova öz minnətdarlığını bildirir və gələcək fəaliyyətində uğurlar arzulayır.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
CV-nin tərtib edilməsi prinsipləri
Mcdonalds françayzinqi neçiyədir?
Biznes planı necə yazmaq lazımdır?