"Unibank"ın vaxtı keçmiş "ümidsiz"kreditləri 53 mln. manata çatıb
31 dekabr 2023-cü il tarixinə "Unibank KB" ASC-nin kreditlərinin 52.7 milyon manatı ümidsiz kreditlər hesab edilir.
Banker.az bunu bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ümidsiz kreditlərin ümumi portfeldəki payı 2023-cü ilin IV rübünün əvvəlində 4.8% olduğu halda, rübün sonuna 5%-ə yüksəlib.
Bankın kredit portfeli 1 yanvar 2024-cü il tarixinə 1 mlrd. 47.74 mln. manat təşkil edib.
Bankın portfelində 73.66 mln. manatlıq vaxtı keçmiş kreditlər var ki, bu da cəmi kredit portfelinin 7%-dir.
Mərkəzi Bankın qaydasına əsasən tam təminatlı aktivlər vaxtı 360 günü keçdikdə, qismən təminatlı aktivlərin vaxtı 270 günü keçdikdə ümidsiz kimi təsnifləşdirilir.



İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb