Vergi Xidməti: Azərbaycanda MMC-lər qiymətləndiriləcək
Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 90 %-dən çoxu Məhdud Məsuliyyətli Cəmiyyətlərdir (MMC).
Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə daxilolma" İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupunun iclasında deyib.
Onun sözlərinə görə, Dünya Bankının "Business Ready" hesabatı çərçivəsində aparılacaq qiymətləndirmə zamanı MMC-lər diqqət mərkəzində olacaq: "Metodologiya əsas götürülərək sorğular MMC-lər üzərindən aparılacaq və nəticələr də bu subyektlər üzərində qurulacaq".
S. Musayeva əlavə edib ki, əsas məqsəd yalnız Dünya Bankının qiymətləndirməsində müsbət nəticələr əldə etmək deyil, həm də qeydiyyat prosesini davamlı olaraq təkmilləşdirməkdir: "Qanunvericilikdə edilən dəyişikliklər təkcə qiymətləndirmə ballarına deyil, ümumi iş mühitinin yaxşılaşdırılmasına yönəlib. Bu dəyişikliklər bir-birini tamamlayır və dövlət orqanlarının rəqəmsallaşma ilə bağlı öhdəliklərini gücləndirir. Eyni zamanda, bəzi sadələşdirmələr də həyata keçiririk".
Qeyd edək ki, Azərbaycanın Dünya Bankının "Business Ready" hesabatına 2025-ci ilin sentyabrında daxil ediləcəyi gözlənilir. Bu ilin oktyabr ayında 50 ölkənin daxil olduğu yeni hesabatın ilk buraxılışı dərc edilib. Bu hesabat dərci dayandırılmış "Doing Business" hesabatını əvəz edəcək və gələn ildən daha çox ölkə iqtisadiyyatların əhatə olunacağı gözlənilir. "Business Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və yaxud yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə.
© "Report"

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?