VTB (Azərbaycan) Gəncədə filial açıb

VTB (Azərbaycan) Gəncədə filial açıb®VTB (Azərbaycan) respublikanın ikinci böyük şəhərində – Gəncədə regional filialını açıb. Filial Atatürk prospekti, 230A ünvanında fiziki və hüquqi şəxslərə xidmət göstərir.
Yeni ofisdə fiziki şəxslər əmanət və kreditləri təşkil edə, ödənişlər və pul köçürmələri həyata keçirə, valyuta mübadiləsi apara bilərlər. Məsafəli əməliyyatların aparılması üçün ofis ərazisində 24 saat fəaliyyət göstərən bankomat və ödəniş terminalı quraşdırılıb.

Filial həmçinin korporativ müştərilərə tam xidmət göstərir. Onlar hesablaşma-kassa xidmətləri, kredit, sənədli və əmanət məhsulları, inkassasiya, əmək haqqı layihələrinə qoşulma və əsas maliyyə xidmətlərinə gecə-gündüz çıxışı olan onlayn bank imkanlarına malikdirlər.
"Biz respublikada biznesimizi, o cümlədən şəbəkənin genişləndirilməsi yolu ilə inkişaf etdirməyə davam edirik. 2023-cü ildə bankın pərakəndə müştərilərinin sayı 10 %, korporativ müştərilərinin sayı isə 50 % çox artıb. Gəncədəki ofis təkcə şəhər sakinləri üçün deyil, həm də yaxın ərazilər – Şəmkir, Tovuz və s. üçün əlverişli ərazidə yerləşir. Bizim yeni filialımız onlara bank xidmətlərini və bank məhsullarının seçimini evə və ya işə yaxın yerlərdə genişləndirməyə imkan verəcək", deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okaev bildirib.
VTB (Azərbaycan)-ın respublikada altı filialı fəaliyyət göstərir, onlardan beşi Bakıda yerləşir. / banker.az

Banklar     Tarix: 03 aprel 2024

Oxşar xəbərlər

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Mart ayının əvvəlində "Bank BTB" ASC-nin bank fəaliyyətini dayandıracağı və bank olmayan kredit təşkilatı formasında yenidən təşkili olunacağı barədə rəsmi məlumatdan sonra bəzi xəbər portallarında daha iki bankı

Bank əmanətlərinin 84 %-dən çoxu qorunur

Bu il yanvarın 1-nə Azərbaycan banklarındakı əmanətlərin 84,3 %-i və yaxud 14 milyard 139 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun qoruması altında olub. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqınd

Azərbaycan banklarının müddətli xarici borcu 50 %-dən çox artıb

Bu il yanvarın 1-nə Azərbaycan banklarının müddətli xarici borcu 1 milyard 164 milyon ABŞ dolları təşkil edib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir. Sənədə deyilir ki, bu

PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın

() Qarşıdan gələn Novruz və Ramazan bayramlarının tətilində PAŞA Sığorta şirkəti səyahətə gedənlərə həm sığortalı səyahət, həm də internet paketi təklif edir. Xarici ölkələrdə səyahət zamanı gözlənilməz hadisələr, sağlamlıql

Expressbankın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü "RoboCode" düşərgəsi başa çatıb

"Expressbank"ın sponsorluğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin, "Bilişim Vadisi"ni

Təhsil kreditindən yararlanan tələbələr üçün "Sənin karyera yolun: öz təsirini yarat" mövzusunda təlim keçirilib

Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirir. Bu məqsədlə bankla  Təhsil Tələbə Kredit Fondu arasında ötən il əməkdaşlı

Bankların bağlanması şikayət indeksindən asılı deyil– Ekspert

Son günlərdə sosial mediada və bəzi saytlarda Azərbaycanda yaxın vaxtlarda daha iki bankın bağlanacağı ilə bağlı məlumatlar dolaşır. Lakin adı həmin məqalədə çəkilən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqa

Yelo Bank Qlobal Pul Həftəsinə "Yelo Finance Talks" layihəsi ilə qoşulub

Dünyanın 170-dən çox ölkəsində qeyd olunan və uşaqların, gənclərin erkən yaşlarından maliyyə biliklərinə yiyələnməsini hədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week 2026) Azərbaycanda da start götürüb. İqtisad

ABB-eSİM xidməti istifadəyə verildi

() Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına da xüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni bir platformadan xidmət almaq imkanlarını genişləndirir. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahə


iqtisadi xeberler rubl mezenne biznes xeberleri kripto bitkoin almaq