VTB (Azərbaycan) Gəncədə filial açıb

VTB (Azərbaycan) Gəncədə filial açıbVTB (Azərbaycan) respublikanın ikinci böyük şəhərində - Gəncədə regional filialını açıb. Filial Atatürk prospekti, 230A ünvanında fiziki və hüquqi şəxslərə xidmət göstərir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yeni ofisdə fiziki şəxslər əmanət və kreditləri təşkil edə, ödənişlər və pul köçürmələri həyata keçirə, valyuta mübadiləsi apara bilərlər. Məsafəli əməliyyatların aparılması üçün ofis ərazisində 24 saat fəaliyyət göstərən bankomat və ödəniş terminalı quraşdırılıb.
Filial həmçinin korporativ müştərilərə tam xidmət göstərir. Onlar hesablaşma-kassa xidmətləri, kredit, sənədli və əmanət məhsulları, inkassasiya, əmək haqqı layihələrinə qoşulma və əsas maliyyə xidmətlərinə gecə-gündüz çıxışı olan onlayn bank imkanlarına malikdirlər.
"Biz respublikada biznesimizi, o cümlədən şəbəkənin genişləndirilməsi yolu ilə inkişaf etdirməyə davam edirik. 2023-cü ildə bankın pərakəndə müştərilərinin sayı 10 %, korporativ müştərilərinin sayı isə 50 % çox artıb. Gəncədəki ofis təkcə şəhər sakinləri üçün deyil, həm də yaxın ərazilər - Şəmkir, Tovuz və s. üçün əlverişli ərazidə yerləşir. Bizim yeni filialımız onlara bank xidmətlərini və bank məhsullarının seçimini evə və ya işə yaxın yerlərdə genişləndirməyə imkan verəcək", deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okaev bildirib.
VTB (Azərbaycan)-ın respublikada altı filialı fəaliyyət göstərir, onlardan beşi Bakıda yerləşir. / marja.az

Banklar     Tarix: 09 aprel 2024

Oxşar xəbərlər

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler valyuta kurslari dollar kursu bitkoin biznes qurmaq