VTB (Azərbaycan) mikrokreditlər üzrə komissiyanı ləğv edib
(®) VTB (Azərbaycan) mikro şirkətləri üçün 15 min manatadək kreditlər üzrə komissiyanı ləğv edib. Maliyyələşdirmə illik 18%-dən başlayır, müddəti isə 36 aya qədərdi. Kretidi girovsuz və zaminsiz almaq mümkündür.
"Mikrobiznes şirkətləri ölkə iqtisadiyyatı üçün mühüm rol oynayır. Bizim məhsul və xidmətlərimiz bu seqmentə biznesin inkişafı üçün maliyyə problemlərini sərfəli və rahat şəkildə həll etməyə imkan verir. Biz kreditlərin verilmə prosesini mümkün qədər sadələşdirmişik - 15 min manata qədər zaminsiz və girovsuz, banka gəlmədən əldə etmək mümkündür. Biz sahibkarların diqqətini alətlərimizə cəlb etmək üçün mikrokreditləri komissiyasız etdik. Ötən il bankımızın mikrobiznes müştərilərinin sayını 2022-ci illə müqayisədə 2,3 dəfə artırıb", - deyə VTB (Azərbaycan) bankının idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.
Mikrokrediti VTB bankın istənilən filialında əldə etmək mümkündür. Həmçinin SİMA İmza rəqəmsal imzadan istifadə etməklə də məsafədən yararlanmaq olar. / marja.az

"7 Gözəl" şadlıq evində də nöqsanlar aşkar edilib
ABB Özbəkistandakı "Davr Bank"da pay alır
AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir
"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB
PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub
"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb
ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər
Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib
Necə Bitcoin almaq olar?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın ən bahalı restoranları