Xalq Bank 1-ci rübün yekunlarını açıqladı
2024-cü ilin I rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 12.5% artaraq 3 mlrd manatı keçmiş, kredit portfelinin həcmi 2.3% artaraq 1 853.7 mln manat təşkil etmişdir.
Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 226.8 mln manat təşkil etmişdir ki, bu da 2023-cü ilin I rüb göstəriciləri ilə müqayisədə 17.1%, yəni 325.3 mln manat çoxdur.
2024-cü ilin I rübünün sonuna Bankın xalis mənfəəti ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 47%, yəni 5.3 mln manat artaraq 16.5 mln manat, cəmi kapitalı 461.4 mln manat təşkil etmişdir.
Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.
/ marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt