Xalq Bank Bank of New York Mellonda müxbir hesab açdı
®Xalq Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində növbəti uğurlu addım ataraq ABŞ-nin iri banklarından biri olan Bank of New York Mellon bankında müxbir hesablar açıb.
Xalq Bankın beynəlxalq müxbir əlaqələr şəbəkəsinin genişləndirilməsinə xidmət edən bu əməkdaşlıq həm də Bankın beynəlxalq maliyyə bazarlarında yüksək işgüzar reputasiyasını təsdiqləyir. Qeyd edək ki, ABŞ bankında müxbir hesabın açılması Xalq Bank müştərilərinin xarici valyuta əməliyyatlarının daha asan və sürətli icrasına imkan verəcək.
ABŞ-ın ən qədim banklarından sayılan Bank of New York Mellon 1784-cü ildə təsis edilib. Hazırda bankın 40-dan çox ölkədə nümayəndəlikləri fəaliyyət göstərir.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?