Xalq Bank əmanətçilərinə özəl yeni kampaniya

Xalq Bank əmanətçilərinə özəl yeni kampaniya®Xalq Bank əmanət yerləşdirən müştərilər üçün yeni kampaniya təqdim edir. 26 noyabradək Bankın "Proqress" və "Müddətli" əmanət məhsulları üzrə ABŞ dolları valyutasında depozit yerləşdirən  fiziki şəxs müştərilərinə 1 illik Mastercard Black Edition kartı pulsuz təqdim olunur. Kampaniyada iştirak etmək üçün minimal əmanət məbləği 5000 ABŞ dollarıdır. Hədiyyə kartın valyutası müştəri istəyinə əsasən seçilə bilər.
"Müddətli" əmanəti – sizə ABŞ dolları valyutalı sərbəst vəsaitlərinizi 6/9/12 ay müddətinə yerləşdirməklə əlavə gəlir qazandırır. "Proqress" əmanəti əlavə olaraq depozit məbləğinin artırılması imkanını da təqdim edir.
Qeyd edək ki, Mastercard Black Edition kartı ilə dünyanın hər yerində eksklüziv xidmətlər və imtiyazlardan yararlanmaq, vəsait nağdlaşdırmaq və ödənişlər aparmaq mümkündür. Kart səyahət sığortası proqramı, müxtəlif hava limanlarının biznes zallarına ildə 10 dəfə ödənişsiz keçid, hava limanlarında ildə 10 dəfə pulsuz sürətli keçid (Fast Track), həmçinin Mastercard Travel Rewards platformasının endirim imkanlarını təqdim edir.
Uzun illərdir ki, müştərilərin öz vəsaitlərini rahatlıqla etibar etdiyi Xalq Bank 2024-cü ilin ikinci rübünün nəticələrinə əsasən depozit portfelinin həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyü sırasındadır. Qeyd edək ki, Xalq Bankda yerləşdirilmiş əmanətlər "Əmanətlərin Sığortalanması Fondu"nun qaydalarına uyğun olaraq sığortalanır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 26 avqust 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bank faizleri valyuta mezennesi biznes ideyalari online pul qazanmaq