Xalq Bank "Fintex Sammit 2025" tədbirində "Bank tərəfdaşı" qismində iştirak etdi
®Xalq Bank 24-25 iyun tarixində Bakıda "Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, FinTex və Təhlükəsizlik" mövzusunda keçirilmiş "FINTEX SAMMIT 2025" tədbirinə sponsorluq edərək "Bank tərəfdaşı" qismində iştirak etdi.
Regionun aparıcı maliyyə tədbirlərindən biri olan sammit çərçivəsində rəqəmsal bankçılıq, fintex layihələri, süni intellekt və kibertəhlükəsizlik kimi aktual mövzular ətrafında müzakirələr aparıldı.
Panel müzakirəsində Xalq Bankın Xəzinədarlıq idarəsinin direktoru Fərəc Axundov çıxış edərək investisiya fəaliyyətində rəqəmsallaşma imkanları, innovativ texnologiyaların tətbiqi və bazar perspektivləri barədə fikirlərini bölüşdü. Spiker, həmçinin tədbir iştirakçılarına XalqOnline mobil və internet bankçılıq sistemində istifadəyə veriləcək rəqəmsal investisiya xidmətləri barədə məlumat verdi və Bankın bu istiqamətdə hədəfləri ilə bağlı yenilikləri bölüşdü.
Xatırladaq ki, Xalq Bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinə lisenziya almış ilk bankdır. Artıq Xalq Bank müştəriləri olan fiziki və hüquqi şəxslər XalqOnline sistemi vasitəsilə investisiya imkanlarından yararlanmaqla maliyyə bazarlarına rahat və sərfəli çıxış əldə edəcəklər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
CV-nin tərtib edilməsi prinsipləri
Mcdonalds françayzinqi neçiyədir?
Biznes planı necə yazmaq lazımdır?