Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi

Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi®Müştərilərə rahat maliyyə həlləri təqdim etməyə davam edən Xalq Bank yeni rəqəmsal əmanət xidmətini istifadəyə verdi. Yeni xidmət sayəsində müştərilər bank filialına müraciət etmədən, istənilən vaxt və məkandan mobil tətbiq vasitəsilə əmanət hesabı açaraq vəsait yerləşdirə bilərlər.
XalqOnline tətbiqi vasitəsilə rəsmiləşdirmə müştərilərə həm vaxta qənaət etmək, həm də vəsaitlərini illik 10.5 %-dək gəlirlə dəyərləndirmək imkan yaradır. Rəqəmsal əmanət müddətli (sabit) və artırıla bilmə imkanları ilə təqdim edilir. Əmanəti 3/6/9/12/18/24 ay müddətinə AZN, 6/9/12/18/24 ay müddətinə ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Qeyd edək ki, xidmətdən yalnız XalqOnline istifadəçisi olan Xalq Bank müştəriləri yararlana bilərlər.
Məhsulun şərtləri ilə bağlı ətraflı:
Müştəri təcrübəsinin təkmilləşdirilməsi və maliyyə xidmətlərinə çıxışın asanlaşdırılması məqsədini daşıyan xidmət sadə və sürətli rəsmiləşdirmə prosesi ilə yanaşı, yüksək gəlirlilik və təhlükəsiz bankçılıq imkanları təklif edir. Rəqəmsal əmanət həmçinin ekoloji məsuliyyət prinsiplərini dəstəkləyir, kağız sənəd dövriyyəsinin azaldılması və resurslardan səmərəli istifadə ilə ekoloji cəhətdən dayanıqlı yanaşma formalaşdırır.
Xatırladaq ki, hazırda Xalq Bank tərəfindən keçirilən stimullaşdırıcı "Əmanət" lotereyası davam edir. 4 tirajdan ibarət olan lotereyada iştirakçıları əsas uduş olan 2 ədəd 50 000 AZN də daxil olmaqla müxtəlif məbləğlərdə pul mükafatları gözləyir.
Lotereyanın birinci tiraj mərhələsinin başa çatmasına az müddət qalıb: müştərilər 30 iyun tarixinədək Xalq Bank filiallarında və ya XalqOnline tətbiqi ilə rəqəmsal kanalla əmanət yerləşdirərək bu tirajda iştirak şansı əldə edə bilərlər. İlk şanslı qaliblərin adları isə 10 iyul tarixində elan olunacaq.
Şərtlərə əsasən, 1 aprel-30 dekabr 2026-cı il tarixlərində Xalq Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Ətraflı:
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 09 iyun 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler bitcoin qiymeti dollar mezenne leobank kart biznes ideyalari