Xalq Bank və "Baku City Residence" xüsusi kobrend Visa kartını təqdim ediblər

Xalq Bank və (®) Xalq Bank və "Baku City Residences" şirkəti yeni əməkdaşlıq layihəsinə imza atıblar. Belə ki, xüsusi imtiyazlara malik yeni "Sakin Kart" premium ko-brend kartı "Baku City Residences" sakinlərinin istifadəsinə verilib. 
Visa beynəlxalq ödəniş sistemi tərəfindən dəstəklənən "Sakin Kart" Visa Platinum və Visa İnfinite olmaqla təqdim edilir. Sakinlər kartın müxtəlif loyallıq imkanlarından faydalana biləcəklər.
Belə ki, "Sakin kart" həm ölkə daxilində, həm də xaricdə aparılan nağdsız ödənişlərdən 2% keşbek qazandırmaqla yanaşı, kartdakı vəsaitin qalığına illik 5 %-lə əlavə gəlir hesablanır. Kartla istənilən bankın bankomatlarında vəsait nağdlaşdırmaq, ölkədaxili bütün kartlara komissiyasız köçürmə etmək və digər nağdsız əməliyyatlar aparmaq mümkündür. 
Eyni zamanda, "Sakin Kart" vasitəsilə tərəfdaş şəbəkələrindən alış-veriş zamanı 40%-dək keşbək və digər endirimlərdən yararlanmaq olar.
"Sakin Kart" vasitəsilə Visa ödəniş sisteminin təqdim etdiyi dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla faydalanmaq mümkündür.  Bu kartlarla səfər zamanı tibbi dəstək xidməti, 24/7 peşəkar Visa konsyerj servisi, LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, hava limanlarında pulsuz sürətli keçid (Fast Track), müxtəlif ölkələrə viza alınması dəstəyi və havalimanlarına pulsuz transfer xidmətindən istifadə etmək olar.
2004-cü ildə əsası qoyulan Xalq Bank qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrilib. Hal-hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmətləri təklif edir. Xalq Bank peşəkar heyəti, geniş filial şəbəkəsi və onlayn servisləri ilə hər zaman müştərilərin xidmətindədir.
 "Baku City Residences" Azərbaycan daşınmaz əmlak bazarında 10 illik zəngin təcrübəyə malik olan bir brenddir. Müasirliyi və komfortu özündə birləşdirən "Baku City Residences", müştərilər üçün ehtiyac duyulan xidmətləri vahid məkanda əlçatan edir. "Baku City Residences" qısa müddət ərzində düşünülmüş rahatlığı ilə seçilən "Baku City Residences Olimpik", "Baku City Residences Khatai", "Bayıl Bay", "Yacht Club Residences", "Şuşa City Residences" kimi layihələrə imza atıb.
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir.  / marja.az

Banklar     Tarix: 24 iyun 2024

Oxşar xəbərlər

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler kripto bitcoin bitcoin qiymeti avtomobil xeberleri