"Xalq Bank"ın aktivləri 3 milyarda yaxınlaşıb, xalis mənfəəti 3 dəfəyə yaxın artıb

"Xalq Bank" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 53 milyon 736 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin 9 ayını 19 milyon 925 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Bank"ın xalis mənfəəti 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 811 min manat və ya 2,7 dəfə artıb. Xalis mənfəətin kəskin artması Bankın gəlirlərinin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Xalq Bank"ın faiz gəlirləri 35 milyon 367 min manat və ya 43,7 % artaraq 116 milyon 336  min manat təşkil edib. 
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Xalq Bank"ın qeyri-faiz gəlirləri 6 milyon 6 min manat və ya 41,5 % artaraq 20 milyon 484 min manat olub.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Xalq Bank"ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin)  41 milyon 373 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 17 milyon 127 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti də 24 milyon 246 min manat çox olub.
2023-cü ilin 9 ayında "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 136 milyon 820 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 78 milyon 494 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 58 milyon 326 min manat təşkil edib. Mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 941 min manat da mənfəətə əlavə olunub. Bank 59 milyon 267 mənfəətindən 5 milyon 530 min manat manat mənfəət vergisi ödəyib. Beləliklə, "Xalq Bank"ın 2023-cü ilin 9 ayını 53 milyon 736 min manat manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayında "Xalq Bank"ın əməliyyat mənfəəti 34 milyon 80 min manat təşkil etmiş, mənfəətdən ehtiyatlara 10 milyon 76 min manat ayrılmış və 4 milyon 79 min manat mənfəət vergisi ödənilmişdi.
AKTİVLƏRİ 3 MİLYARD MANATA YAXINLAŞIB
2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə "Xalq Bank"ın cəmi aktivləri 386 milyon 489 min manat və ya 14,9% artaraq 2 milyard 985 milyon 666 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 265 milyon 93 min manat və ya 16,9 % artaraq 1 milyard 837 milyon 175 min manata yüksəlib.  
2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə "Xalq Bank"ın qiymətli kağızalara investisiyaları 3,1 dəfə artaraq 490 milyon 863 min manata çatıb.
BANKDA DEPOZİTLƏR ARTIB
2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə "Xalq Bank"da depozitlər 363 milyon 153 min manat və ya 20,4% artaraq 2 milyard 141 milyon 697 min manata qalxıb.
30 sentyabr 2023-cü il tarixində "Xalq Bank" 454 milyon 21 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 15 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu avtomobil xeberleri