Xarici təşkilatlar Azərbaycanda "Açıq bankçılığ"a qoşula bilərlər
Xarici təşkilatlar, o cümlədən "PayPal" tələblərə cavab verdiyi təqdirdə Azərbaycanda "Açıq bankçılığ"a qoşula bilərlər.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.
"Hətta xarici ölkələrdə olan bank filialları da bizim tələblərimizə cavab versələr, lazımi lisenziyanı alsalar, təbii ki, "Açıq bankçılığ"a qoşula bilərlər. Bu sistemin tərkib hissəsi olan "Hesab üzrə məlumat xidməti"nə qoşulmaq üçün isə sadəcə bizdə qeydiyyatdan keçmək lazımdır. Yəni lisenziya olmasa belə qeydiyyatla bu xidməti göstərmək olar", – deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, kripto investisiya platformalarının da "Açıq bankçılığ"a qoşulması "Açıq Maliyyə" konsepsiyasına daxil olacaq. "Hazırda ölkədə kriptovalyuta ilə ödəniş yoxdur, gələcəkdə olacaq-olmayacaq hələ o barədə bir məlumat verə bilmərik. Amma "Açıq Maliyyə" ekosisteminə qoşulmaqla siz bank və elektron pul hesablarınızı həmin platformaya əlavə edib, vəsaitlərinizi müəyyən hesaba köçürə bilərsiniz və həmin hesabdan kripto hesablarına köçürtmək imkanınız ola bilər". / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət