Xərclər hansı halda gəlirdən xüsusi çəki əsasında çıxılır?
Vergi ilinin sonuna yaxınlaşarkən bütün vergi ödəyiciləri gəlirlərinə və bu gəlirlərin əldə edilməsilə bağlı çəkilən xərclərinə xüsusi diqqət yetirməlidirlər. "vergiler.az" üçün açıqlama verən "Business Service Centre" şirkətinin maliyyə və mühasibat mütəxəssisi İbrahim Quluyev diqqəti gəlirdən çıxılan xərclərə dair bəzi mühüm məqamlara yönəldib.
Vergi ödəyicilərinin gəlirlərin əldə olunmasına çəkilən xərclərinin gəlirdən çıxılması üzrə normaları 108-ci maddədə öz əksini tapıb. Bu maddəyə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
108-ci maddənin müddəalarından ən aktualı xüsusi çəki əsasında müəyyənləşən gəlirdən çıxılan xərclərdir. Vergi Məcəlləsinin 108.2-ci maddəsində göstərilib ki, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.
Vergi Məcəlləsinin 108.2-ci maddəsinin tələblərinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb edilən və vergidən azad hesab olunan, habelə mənfəət (gəlir) vergisinə cəlb olunmayan, həmçinin qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar əməliyyatlar üçün çəkilən, lakin bölüşdürülməsi qeyri-mümkün olan xərclərin gəlirdən çıxılan miqdarı vergiyə cəlb olunan gəlirlərin ümumi gəlirlərdə əhatə etdiyi xüsusi çəki əsasında müəyyən olunur. Bu halın mahiyyətinin daha aydın anlaşılması üçün praktiki bir misala baxaq.
Misal: ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və mənfəət vergisinin ödəyicisi olan müəssisənin hesabat ilində gəlirləri və xərcləri aşağıdakı kimi olub:
Gəlirlər:
– Kənd təsərrüfatı məhsullarının emalından gəlir- 15.000,00 manat;
– Kənd təsərrüfatı məhsullarının istehsalından gəlir- 6.000,00 manat;
– Xidmətlərin göstərilməsindən gəlir- 5.000,00 manat;
Xərclər:
– Kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı xərclər- 5.000,00 manat;
– Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı xərclər- 3.000,00 manat;
– Xidmətlərin göstərilməsi ilə bağlı xərclər- 1.000,00 manat
– Bölüşdürülməsi mümkün olmayan ümumi xərclər (əməkhaqqı, icarə, amortizasiya) – 10.000,00 manat
Büdcəyə ödənilməli olan mənfəət vergisini hesablayaq.
İlk növbədə, Vergi Məcəlləsinin 108.2-ci maddəsinə əsasən müəssisənin vergiyə cəlb edilən gəlirlərinin ümumi gəlirlərindəki xüsusi çəkisini müəyyənləşdirməliyik:
(15.000+5.000):(15.000+6.000+5.000) = 76,9%
İndi isə mənfəət vergisini hesablayaq:
(15.000 + 5.000 – 5.000 – 1.000 – (10.000 x 76,9%)) x 20%= 1.262 manat. / banker.az

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bitcoin nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Shopify-da necə satışa başlamaq olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes nədir?