"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
"Merkuri Bank Olmayan Kredit Təşkilatı" ASC ("Merkuri BOKT") 2025-ci ilin 9 ayını (yanvar-sentyabr) 171 min manat mənfəət ilə başa vurub. Halbuki, kredit təşkilatı 2024-cü ilin 9 ayını 212 min manat mənfəət ilə bağlamışdı (xalis mənfəəti 19,3% azalıb).
Marja.az xəbər verir ki, 30 Sentyabr 2025-ci il tarixində "Merkuri BOKT"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 9 milyon 259 min manata çatıb. Təşkilat 30 sentyabr 2024-cü il tarixində 8 milyon 568 min manat kredit portfelinə malik idi (691 min manat və ya 8,1% artıb). Kredit təşkilatının kredit portfeli 2023-cü ilin sonunda 6 milyon 990 min manat, 2024-cü ilin sonunda 8 milyon 25 min manat təşkil etmişdi.
"Merkuri BOKT" 30 Sentyabr 2025-ci il tarixində 10 milyon 202 min manat cəmi aktivlərə malik olub.
"Merkuri BOKT" ASC-nin səhmlərinin 50%-i Səbuhi Əzizova, digər 50%-i də Məmməd Məmmədova məxsusdur.
Xəbər verdiyimiz kimi, lizinq, lombard krediti, istehlak kreditləri və aqro kreditlər təklif edən "Merkuri Bank Olmayan Kredit Təşkilatı" ASC istiqraz buraxılışı yolu ili 1 milyon 100 min manat cəlb edir. BOKT hər birinin nominal dəyəri 50 manat olan 22 min ədəd adlı, faizli, sənədsiz, təmin edilməmiş istiqraz buraxıb. İstiqrazlar üzə illik gəlirlilik dərəcəsi 17%, tədavül müddəti 5 il, faiz ödənişi dövrü hər 30 gündən birdir.




Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Dünyanın ən zəngin idmançıları
Bitcoin nədir?
"Freelance" nədir?