"Yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb"
"2025-ci ilin iyul və dekabr aylarında iki mərhələdə uçot dərəcəsinin toplam olaraq 0.5 faiz bəndi endirilməsi maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlərin azalması ilə müşayiət olunub. Belə ki, son yarım ildə Mərkəzi Bankın notlarının və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla cəlb edilən yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb".
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı pess-relizdə bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank başlıca olaraq əsas açıq bazar əməliyyatı olan 1 həftəlik depozit hərracları ilə pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirini minimallaşdırıb:
"Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Dekabrda uçot dərəcəsinin azalmasının təsiri ilə AZIR indeksinin orta günlük səviyyəsi 2025-ci ilin dekabrındakı 6.73%-dən, cari ilin yanvarında 6.7%-ə enib. 2025-ci ilin iyul və dekabr aylarında iki mərhələdə uçot dərəcəsinin toplam olaraq 0.5 faiz bəndi endirilməsi maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlərin azalması ilə müşayiət olunub. Belə ki, son yarım ildə Mərkəzi Bankın notlarının və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla cəlb edilən yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb".
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib. Faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 deakbr 2025-ci il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Dünyanın ən zəngin idmançıları
Bitcoin nədir?
"Freelance" nədir?