Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
(®) Unibank kartları öz sahiblərinə yüksək keşbek qazandırmaqda davam edir.
Hər ay bank tərəfindən kart müştəriləri üçün xüsusi keşbek imkanları yaradılır. 2025-ci il ərzində isə Unibank müştəriləri ümumilikdə 4 milyon 30 min 107 manat keşbek qazanıblar. Bu müddətdə ən yüksək məbləğ əldə edən müştərinin keşbek qazancı 1089 manat olub. Bir tranzaksiya üzrə qazanılan ən yüksək keşbek məbləği isə 419 manat təşkil edib.
2025-ci ilin təhlili göstərir ki, Unibank müştərilərinin ən çox keşbek qazandığı ilk üçlükdə olan partnyorlar yanacaqdoldurma məntəqələri, market və kafe-restoranlar olub.
Unibank müştəriləri keşbek proqramına görə, Classic, Pro və Premium mərhələlərindən asılı olaraq, partnyorlardan 10 %-dək keşbek qazana bilirlər. Bu ayın 15-dək davam edən 14 fevrala özəl kampaniya çərçivəsində isə daha yüksək keşbek qazanmaq imkanı var. Kampaniya dövründə kart sahibi olduğu mərhələyə əsasən, 14%-dək keşbek qazanacaq.
Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərində bir çox Unibank bank kartları ilə alış-veriş keşbek qazandırır.
Unibank kartları ilə alış-verişlərdə market, yanacaqdoldurma məntəqələri, kafe-restoranlar xüsusi yer tutur. Çünki qeyd olunan xidmət və ticarət obyektlərində Apple Pay və Google Pay ilə ödəniş edən kart sahibləri dövriyyə tələbi olmadan, dərhal yüksək keşbek əldə edirlər. Ötən ilin nəticələrinə görə, Unibank kartları ilə Apple Pay və Google Pay ödənişlərində 38,8% artım qeydə alınıb. İlin əvvəli ilə müqayisədə 2025-ci ilin sonunda Google Pay ödənişləri 26,7%, Apple Pay ödənişləri isə 43,8%-ə yaxın artıb.
Keşbek proqramı xidməti haqqında məlumatları bankın saytından () əldə etmək mümkündür.
Xatırladaq ki, "Unibank"ın UCard, Visa Platinum, Visa Infinite, Mastercard Black Edition, Digital card və Albalı kartları keşbek qazandırır. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Dünyanın ən zəngin idmançıları
Bitcoin nədir?
"Freelance" nədir?