Yapı Kredi Bank Azərbaycan-ın dəstəyi ilə keçirilən "Card to Art" sosial layihəsi davam edir
®Yapı Kredi Bank Azərbaycan-ın dəstəyi ilə həyata keçirilən sosial-ekoloji təşəbbüslər davam etməkdədir. Ətraf mühitin qorunması və dayanıqlı gələcək naminə irəli sürülən "Card to Art" layihəsi plastik tullantıların azaldılması istiqamətində yeni yanaşma təqdim edir.
Layihə "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Facility Management Group, Global Media Group, "Araz" supermarketlər şəbəkəsi, ECOhub və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.
İstifadə müddəti başa çatmış və yararsız plastik kartların təbiətə atılmasının qarşısını almağı, habelə təkrar emalını hədəfləyən layihə çərçivəsində xüsusi toplama qutularının artıq müxtəlif məkanlara yerləşdirilməsinə başlanıb. Toplanan plastik kartlar yaradıcı şəxslərin əllərində yeni həyat qazanacaq və sənət əsərlərinə çevriləcək.
Hazırlanacaq incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən yaradılan "Tullantıdan Sənətə" muzeyində təşkil ediləcək "Card to Art" sərgisində ziyarətçilərə təqdim olunacaq.
Yapı Kredi Bank Azərbaycan olaraq biz dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq həm müştərilərimizi, həm də ictimaiyyəti ətraf mühitin qorunmasına töhfə verməyə çağırır, istifadə müddəti bitmiş plastik kartların incəsənətə çevrilərək yenidən dəyər qazanmasını dəstəkləyirik. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin nədir?
Onlayn biznes növləri
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 müğənnisi
"Freelance" nədir?