Yapı Kredi Bank Azərbaycan QSC-nin dəstəyilə Bakıda Türk Dövlətləri Qiymətləndiriciləri Forumu keçirilib

Yapı Kredi Bank Azərbaycan QSC-nin dəstəyilə Bakıda Türk Dövlətləri Qiymətləndiriciləri Forumu keçirilib®1 iyun 2024-cü il tarixində Bakıda Yapı Kredi Bank Azərbaycan QSC-nin  dəstəyi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə Türk Dövlətləri Qiymətləndiricilərinin lll Forumu baş tutub.  Forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətindən, eləcə də qonaq qismində Rusiya, Belarus və Gürcüstandan qiymətləndirmə birliklərinin rəhbərləri və Azərbaycanın İqtisadiyat, Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Mərkəzi Bankının nümayəndələri və deputatlar iştirak edib. Forumun məqsədi türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşımaqdır.
Forum zamanı Yapı Kredi Bank Azərbaycan QSC-nin Əməliyyat Qrupu, Logistika və Ümumi Xidmətlər üzrə Direktorun müavini, İdarə Heyətinin üzvü Şəhla Səmədova çıxış edərək, bu cür tədbirlərin iqtisadiyyat və maliyyə sektorunun iştirakçılarının , o cümlədən, banklar , qiymətləndirmə şirkətləri , sığorta şirkətlərinin və s. maliyyə strukturlarının fəaliyyətinin vahid mexanizm şəklində fəaliyyət göstərməsinə təkan verəcəyini qeyd etmişdir. Tədbirin sonunda Özbəkistan nümayəndəliyi tərəfindən Yapı Kredi Bank Azərbaycana hədiyyə təqdim olunmuşdur.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının yaradılması ilə bağlı Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti arasında razılıq əldə olunub. 2023-cü ilin aprel ayında isə Bakıda keçirilən zirvə görüşündə bu razılıq rəsmi şəkildə qəbul edilib və bundan təxminən bir ay sonra Qazaxıstanda təsis konfransı keçirilib. Bundan öncə də Ankara və Türküstan şəhərlərində Türk Dövlətləri Qiymətləndiricilərinin birinci və ikinci forumları baş tutub.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir. / banker.az

Banklar     Tarix: 06 iyun 2024

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti