"Yapı Kredi Bank Azərbaycan"da Müşahidə Şurasının müstəqil üzvləri və İdarə Heyətinə yeni üzvlər təyin olunub

Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Virma Sökmen və Özlem Mertoğlu Müşahidə Şurasına müstəqil üzv kimi seçilmişdir, beləliklə Müşahidə Şurasının üzvlərinin sayı 5-ə yüksəlmişdir.  
Qeyd edək ki, cari durumda bankın Müşahidə Şurasının sədri Gökhan Erün, üzvləri isə Serkan Ülgen və Akif Cahit Erdoğandır.
Müşahidə Şurasının müstəqil üzvləri:
Özlem Mertoğlu Türkiyənin Yaxın Şərq Texniki Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb. Karyerasına "İnterbank" A.Ş-də başlayıb, müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb.. Özlem Mertoğlu "Disbank Nederland"-da Baş Direktor və "Demir Halk Bank Nederland"-da Baş Direktor müavini vəzifələrini də icra etmişdir. 2010 – 2022-ci illər ərzində "Affiance Management" şirkətində Təsisçi və Müdir, Yapı Kredi Bank Hollandiyada Müşahidə Şurasının müstəqil üzvü və Yapı Kredi Maltada Müşahidə Şurasının müstəqil üzvü vəzifələrini tutmuşdur. 2016 – 2018-ci illərdə "TMF Netherlands"-da Onboarding və KYC Xidmətlər üzrə Qlobal Biznes Direktoru kimi çalışmışdır. 07.03.2025-ci il tarixindən etibarən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.
Virma Sökmen ABŞ-ın "La Salle" Universitetində Biznesin İdarəedilməsi ixtisası üzrə təhsil alıb. Karyerasına "Gulf Bank" və "Çarşı Menkul Değerler"də başlayıb, daha sonra korporativ bankçılıq, xarici ticarət, sığorta və faktorinq sahələrində çalışıb. 2019-cu ildən "Yapı Kredi Bankası" A.Ş-də Müşahidə Şurasının müstəqil üzvü, Kredit Komitəsinin üzvü və Korporativ İdarəetmə Komitəsinin sədri kimi fəaliyyət göstərir. 07.03.2025-ci il tarixindən etibarən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.
Əlavə olaraq, bankın İdarə Heyətində yeni təyinatlar həyata keçirilib. Hazırkı vəziyyətdə Bankın İdarə Heyətinin üzvləri Sinan Ağırbaş və Şəhla Səmədovadır.
Ziya Serkan Günal – Baş Maliyyə İnzibatçısı, İdarə Heyətinin üzvü
Orta Doğu Teknik Universitetində təhsil alıb. 1997-ci ildə Ziraat Bankında karyerasına başlayıb, Londonda və Türkiyədə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 09.10.2023-cü ildə "Yapı Kredi Bank Azərbaycan"da Baş Maliyyə İnzibatçısının müavini, 25.02.2025-ci ildə isə Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.
Ramil Məmmədov – Baş Komplayens İnzibatçısı, İdarə Heyətinin üzvü
Bakı Dövlət Universitetində və ABŞ-ın Cənubi Meyn Universitetində təhsil alıb. Karyerasına 2003-cü ildə Azərbaycan Mərkəzi Bankında başlayıb, daha sonra müxtəlif şirkətlərdə işləyib, 2013-cü ildən "Yapı Kredi Bank Azərbaycan"da müxtəlif rəhbər vəzifələrdə çalışıb. 25.02.2025-ci ildə Baş Komplayens İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.
Sadiq Məmmədli – Baş Risk İnzibatçısı, İdarə Heyətinin üzvü
Kipr Yaxın Şərq Universitetində bakalavr və magistr, Kibernetika İnstitutunda fəlsəfə doktoru dərəcəsi alıb. 2002-2007-ci illərdə Koçbank Azərbaycanda, 2007-2024-cü illərdə isə "Yapı Kredi Bank Azərbaycan"da müxtəlif rəhbər vəzifələrdə çalışıb. 25.02.2025-ci ildə Baş Risk İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.
Teymuraz Əmirov – Hüquq departamentinin müdiri, İdarə Heyətinin üzvü
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1996-2000-ci illərdə Rusiyada DİN-in Baş İstintaq İdarəsində müstəntiq işləyib. 2009-cu ildən "Yapı Kredi Bank Azərbaycan"da Hüquq Departamentinin müdiridir. 25.02.2025-ci ildə İdarə Heyətinin üzvü təyin edilib.
Müşahidə Şurasının yenilənməsi və yeni təyinatların həyata keçirilməsi ilə biz Bankın dayanıqlı inkişafını təmin etməyi, bazardakı mövqeyimizi daha da möhkəmləndirməyi və müasir bankçılıq trendlərinə uyğun innovativ həllər təqdim etməyi hədəfləyirik. Yeni rəhbərlik heyəti ilə birlikdə daha güclü və dinamik bir yanaşma tətbiq edərək müştərilərimizə və tərəfdaşlarımıza daha keyfiyyətli xidmət göstərməyi hədəfləyirik.
Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verir. / banker.az

Banklar     Tarix: 10 aprel 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler dollar məzənnəsi bank faizleri biznes qurmaq bu gunun xeberleri