Yaponiya Mərkəzi Bankı rəsmisindən faiz artımı siqnalı
Yaponiya Mərkəzi Bankının (BOJ) sədr müavini Ryozo Himino bildirib ki, bank gələn həftə faiz dərəcəsini artırmağı nəzərdən keçirəcək.
İş dünyası ilə görüşdə danışan Himino, işçilərin maaşlarında artımın davam edəcəyi ehtimalının yüksəldiyini və ABŞ-da yeni rəhbərliyin siyasət prioritetlərinin aydınlaşmasını gözləyəcəklərini bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Himino, Yaponiyada deflyasiyaya səbəb olan amillər və onların yaratdığı şokların geridə qaldığından, real faiz dərəcəsinin mənfi olaraq qalmasının "mümkün olmayacağını" ifadə edib.
ABŞ iqtisadiyyatının hazırkı vəziyyətdə güclü qalmaqda davam edəcəyini bildirən Himino, Trampın 20 yanvarda andiçmə mərasimində çıxışında ABŞ-ın iqtisadi siyasətlərinin ana xəttlərinin aydınlaşacağını qeyd edib və əlavə edib: "İdarə Heyəti bundan sonra faizin artırılıb artırılmayacağını müzakirə edəcək".
Bəzi analitiklər BOJ-nin 23-24 yanvarda keçiriləcək pul siyasəti toplantısında faiz artıracağını proqnozlaşdırır. Mərkəzi Bankın qısamüddətli faiz dərəcəsi hazırda 0,25 faiz səviyyəsindədir.
Himinonun açıqlamalarından sonra Yaponiyanın 10 illik dövlət istiqrazları, ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlərindəki artımın da təsiri ilə demək olar ki, 14 ilin ən yüksək səviyyəsi olan 1,245 faizə yüksəlib.
BOJ ötən ilin mart ayında mənfi faiz siyasətini dayandırıb ə 2 faizlik inflyasiya hədəfinə nail olmaq üçün iyul ayında qısamüddətli siyasət faiz dərəcəsini 0,25 faiz səviyyəsində müəyyən edib. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?