Yaponiya startapı Ayda ilk özəl şirkət olmaq üçün kosmik raket buraxıb
Aya eniş edəcək ilk özəl şirkət olmağa can atan Yaponiya startapı bu məqsədlə ABŞ-ın Florida ştatından göyərtəsində modul olan kosmik raket buraxıb.
Kyodo agentliyi xəbər verir ki, "Hakuto-R" tədqiqat proqramının tərkib hissəsi olan "Ispace Inc." şirkəti tərəfindən hazırlanmış eniş modulunun gələn il aprelin sonlarında Aya enməsi nəzərdə tutulur. Bildirilir ki, yapon folkloruna əsasən Ayda yaşayan ağ dovşanın adını almış proqramın birinci mərhələsində Yerin yeganə təbii peykinə digər faydalı yüklərin çatdırılması nəzərdə tutulur. Bunların arasında Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinin (JAXA) və "Tomy Co." Şirkətinin hazırladığı robot-transformer, həmçinin Birləşmiş Ərəb Əmirliklərinə məxsus hər yerdə hərəkət edən nəqliyyat vasitəsi daxildir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Qeyd edilir ki, 2010-cu ildə təsis edilən "Ispace Inc." şirkəti Ay üçün texnologiyalar hazırlamağı və Yer ilə Ay arasında baha olmayan səfərlərin təşkilini planlaşdırır.
Aya göndərilən modulun hündürlüyünün 2,3 metr, eninin 2,6 metr olduğu bildirilir. Kosmik qüvvələrin Kanaveral burnunda olan stansiyasından "SpaceX Falcon 9" raketinin göyərtəsində kosmosa göndərilən modulun Yerdən 1,5 milyon məsafədə yerləşən nöqtəyə istiqamətləndiyi də qeyd edilir.
Az yanacaq işlətməsi və daha çox yük daşıması üçün raketin Ayın orbitinə daxil olmazdan əvvəl ən uzun, lakin daha səmərəli marşrut seçəcəyi də bildirilir. Onun Ayın şimal yarımkürəsindəki Atlas kraterinə enməsi nəzərdə tutulur.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Biznes plan necə yazılır?
SMM nə deməkdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Start-up nədir?