Yaponiyanın baş naziri yeni iqtisadi paket hazırlanması üçün göstəriş verdi
Yaponiyanın baş naziri Sanae Takaiçi, əhali və şirkətlərin üzərindəki inflyasiya yükünü azaltmağı hədəfləyən yeni iqtisadi tədbirlər paketi hazırlanması barədə göstəriş verib.
Biznes.az xəbər verir ki, çərşənbə axşamı Yaponiyanın ilk qadın baş naziri olan Takaiçi, paketin həcmini və onun maliyyələşdirilməsi üçün əlavə istiqraz buraxılmasının lazım olub-olmadığını açıqlamayıb. Takaiçinin paketin hazırlanması ilə bağlı göstərişinə əsasən, tədbirlərin maliyyələşdirilməsi üçün əlavə büdcə hazırlanacaq.
Ətraflı məlumat sonradan açıqlanacaq, lakin göstərişə görə paketdə qış aylarında elektrik və qaz haqları üçün subsidiyalar, eləcə də qiymət təzyiqlərini azaltmaq məqsədilə regional qrantlar yer alacaq.
Paket, həmçinin kiçik və orta sahibkarlıq subyektlərini əməkhaqlarını və əsas kapital yatırımlarını artırmağa təşviq edir. İyul ayında keçirilən ümummilli seçki kampaniyası zamanı ictimai dəstək qazana bilməyən birbaşa nağd yardım proqramları isə tələb olunan paketə daxil edilməyib. Takaiçi artan həyat xərclərini əsas iqtisadi prioritet kimi müəyyən edib. Bu iqtisadi paket də böyük miqyaslı xərcləmə planı yerinə daha hədəfli addımlara üstünlük veriləcəyini göstərir. Takaiçi keçmişdə aqressiv pul və maliyyə stimullaşdırmalarını dəstəkləməsi ilə tanınsa da, son dövrlərdə mövqeyini yumşaldaraq genişlənməyə yönəlmiş, lakin məsuliyyətli maliyyə siyasəti aparacağına söz verib.
Qeyd edək ki, Takaiçi qarşısında ikiqat çətin vəzifənin durduğunu qeyd edib:
"Bir tərəfdən uzunmüddətli istiqraz gəlirlərinin artmasına təsir edən Yaponiyanın nəhəng dövlət borcu ilə bağlı narahatlıqları aradan qaldırmaq və digər tərəfdən isə iqtisadiyyatı dəstəkləmək".

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Bitcoin necə işləyir?
Biznes nədir və hansı növləri var?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznes plan necə yazılır?