Yelo Bank 3-cü rübü də mənfəətlə başa vurub

Yelo Bank 3-cü rübü də mənfəətlə başa vurubYelo Bank 2025-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb. Bankın mühüm maliyyə göstəricilərində pozitiv dinamika bu rüb də davam edib. Cari il ərzində Yelo Bank 25 mln manata yaxın mənfəət əldə edib. Xüsusi vurğulamaq lazımdır ki, həm əmanət, həm də kredit portfeli 1 milyard manatı keçib. Detallara nəzər yetirdikdə:
İlin əvvəlindən kredit portfeli 119 mln manat, 12%-dən çox artımla 1 mlrd 53 mln manatı keçib. Bankın, prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib.
2025-ci ilin ilk 9 ayında sahibkarlara 474 mln manat biznes krediti verilib. Nəticədə bu istiqamət üzrə portfel ilin əvvəlindən 59 mln manat, 10% artımla 646 mln manatı ötüb.
Xüsusilə regionlarda mikro bizneslərin maliyyələşdirilməsi Bankın diqqət mərkəzindədir. Cari il ərzində mikro bizneslərə Bank tərəfindən 305 mln manat vəsait ayrılıb. Ümumilikdə il ərzində mikro biznes kredit portfeli 48,6 mln manat, 14% artıb, nəticədə rübün sonuna mikro biznes portfeli 395 mln manat təşkil edib.
Eyni müddətdə 284 milyon manatdan çox istehlak krediti ayrılıb. Nəticədə istehlak kredit portfeli 407 mln manatı ötüb, bu da ilin əvvəli ilə müqayisədə 60 mln manat, yəni 17%-dən çox artım deməkdir. Portfel artımının 40%-i, eləcə də satışların 38%-i məhz onlayn kanalların payına düşür.
Hesabat dövrü ərzində Yelo Bank-ın əmanət portfeli də böyüyüb. Ümumi əmanət portfeli ötən ilin sonu ilə müqayisədə 111 mln manat, 12% artmaqla bu ilin üçüncü rübünün yekununda 1 mlrd 40 mln manat təşkil edib. Artımın mühüm hissəsinin fiziki şəxslərin əmanətləri hesabına baş verməsi Bankın məhsul və xidmətlərinin cəlbedici olduğunu göstərir.
Bankın kapital mövqeyi də güclənib: hesabat dövründə məcmu kapital 168 mln manat təşkil edir, bu da ilin əvvəlindən 13% çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,68%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9,93% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Rübün sonuna Bankın aktivlərinin həcmi də 12% artaraq 1 mlrd 444 mln manat təşkil edib. Faiz gəlirləri 130 mln manatı, qeyri-faiz gəlirləri isə 11 mln manatı ötüb.
Yelo Bank İdarə Heyətinin sədri Anar Həsənov dövrün göstəricilərini belə şərh edib: "2025-ci ilin ilk doqquz ayının nəticələri göstərir ki, Yelo Bank qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyir. Maliyyə göstəricilərimiz – kredit və əmanət portfellərinin hər ikisinin 1 milyard manatı aşması, kapital və aktivlərdəki artım planlarımızın uğurla reallaşdığını təsdiqləyir. Yeni strateji dövrün çağırışlarına uyğun olaraq, müştərilərimiz üçün əlavə dəyər və loyallıq yaradan bankçılıq mühitini formalaşdırmaqda davam edirik. Rəqəmsal həllərimiz maliyyə xidmətlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bizneslərin dayanıqlı böyüməsinə mühüm dəstək verir. Əldə olunan nəticələr isə təsadüfi deyil – bunlar peşəkar komandamızın əməyinin və müştərilərimizin bizə göstərdiyi etimadın bəhrəsidir. Qarşıdakı dövrdə də birlikdə daha böyük nailiyyətlərə imza atacağımıza əminik".
Bank xidmətləri () haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 16 oktyabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler biznes xeberleri biznes krediti bitkoin biznes ideyalari