Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir

Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir®Sahibkarların ehtiyaclarına uyğun həllər təqdim edən Yelo Bank-dan daha bir innovativ xidmət: Mobil POS. Bu yenilik sayəsində fiziki və hüquqi şəxslər ənənəvi POS terminal olmadan bank kartları, smartfon və ya ağıllı saatlardan ödəniş qəbul edə biləcəklər. 
Mobil POS xidməti nədir? Mobil POS ənənəvi POS terminallara müasir alternativdir. O, NFC dəstəkli android smartfon və ya planşeti tam funksional POS terminala çevirir, bizneslərə ödənişləri rahat və səmərəli şəkildə qəbul etməyə imkan verir. 

Mobil POS ənənəvi analoqlarından bir çox üstünlükləri ilə fərqlənir. İlk növbədə portativ və rahat olmaqla, istənilən vaxt, istənilən yerdə əməliyyatlar aparmağa fürsət yaradır. Müştərilərə bank kartından tutmuş, ağıllı saata kimi istənilən təmassız vasitə ilə ödəniş imkanı verir, bu da artan müştəri məmnuniyyəti deməkdir. Sahibkarların isə daha bahalı POS terminala ehtiyacı qalmır. Bunun üçün sadəcə Google Play-dən "Yelo Mobile Pos" və "tapXphone" mobil tətbiqlərini Android cihaza yükləmək lazımdır. Sadə interfeys və sürətləndirilmiş quraşdırma sayəsində satış prosesi daha da rahatlaşır.
Yelo Bank-ın Mobil POS xidməti əsasən kiçik və orta biznes sahibləri, taksi və çatdırılma xidmətləri üçün daha əlverişlidir. Xidmətə qoşulmaq isə tamamilə pulsuzdur. Yelo Bank bu yenilik münasibətilə əlavə kampaniya da elan edir. Belə ki, 31.07.2024 tarixinədək Mobil POS xidmətinə qoşulacaq sahibkarlar növbəti 3 ay ərzində əməliyyatlar üçün heç bir komissiya ödəməyəcəklər. Bununla yanaşı, biznes kart Bank tərəfindən hədiyyə edilir. Eyni zamanda, Mobil POS xidmətinə bağlı olan hesabdan nağdlaşdırmaya görə heç bir komissiya tutulmayacaq. Qeyd edək ki, xidmətə qoşulan sahibkarlar üçün cari hesabın açılması pulsuzdur.
Nağdsız ödənişlərə tələbin hər keçən gün artdığı bu dövrdə Yelo Bank-ın Mobil POS xidməti sahibkarlara satışlarını artırmağa yardımçı olacaq.
Xidmətə qoşulmaq üçün istənilən Yelo Bank filialına yaxınlaşa və ya 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Daha ətraflı:  
Bankdan POS terminal almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 15 may 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari