Yelo Bank-da "Azərbaycanın Qrafik Dizayn Tarixi (1875-1990)" kitabının təqdimatı keçirilib

Yelo Bank-da ®Korporativ Sosial Məsuliyyət strategiyasına hər zaman sadiq qalan Yelo Bank bu dəfə mühüm mədəni hadisəyə öz qapılarını açdı. Bankın Baş ofis binasında "Azərbaycanın Qrafik Dizayn Tarixi 1875-1990″ kitabının təqdimat mərasimi baş tutub. Kitabın müəllifi tanınmış qrafik dizayner Rəsul Həsəndir. Kitab, Azərbaycanın mədəni və ictimai tarixindəki vizual sənətlərın qrafik dizayn aspektlərini əhatə edən, ölkəmizin bu sahədəki zəngin mirasını əks etdirən səmərəli bir tədqiqatın nəticəsidir. 
Təqdimat mərasimində çıxış edən müxtəlif sahələrdən olan tanınmış simalar kitabın önəmini, unikal xüsusiyyətlərini vurğuladılar. Təqdimatda həmçinin bir sıra maraqlı musiqi ifaları da yer aldı. Vaqif Mustafazadənin doğum gününə təsadüf edən təqdimat mərasimi elə H3 Collective qrupunun caz musiqisi ilə başladı. Ardınca gənc bəstəkar və pianist Nigar Süleymanın işləməsində Aqşin Əlizadənin "Qarabağ havasının" kvartetin ifasında səsləndi. Sonda isə Nigar Süleymanın piano ifasında V. Mustafazadənin "Mart" və "Gəlmədi" kompozisiyaları ifa olundu.

Qeyd edək ki, "Azərbaycanın Qrafik Dizayn Tarixi" kitabı, 1875-1990-cı illər arasında Azərbaycanın vizual sənətləri sahəsindəki dəyişiklikləri, yenilikləri və inkişafları özündə cəmləşdirir. Kitab, uzun illər boyu aparılan arxiv tədqiqatları, muzey ziyarətləri, rəssam və tarixçilərlə görüşlər, auksionlardan əldə edilən nadir materiallar sayəsində hazırlanıb. 
Yelo Bank mədəniyyət və yaradıcılığın cəmiyyətin inkişafında oynadığı mühüm rolu dərk edir. Bank bundan sonra da ölkəmizin mədəni irsini vurğulayan təşəbbüsləri dəstəkləməyə hazırdır.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank-da Yelo Bank-da Yelo Bank-da Yelo Bank-da Yelo Bank-da Yelo Bank-da / banker.az

Banklar     Tarix: 18 mart 2024

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler pul qazanmaq bitkoin qiymeti bank faizleri biznes xeberleri