Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb®Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis binasında həyata keçirilən imza mərasimində Bank-ın Müşahidə Şurasının sədri və əsas səhmdarı olan Marina Kulişova və digər rəhbər şəxsləri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, xalq artisti Yusif Eyvazov iştirak ediblər. 
Müqavilədə mədəniyyətə, incəsənətə dəstək və Azərbaycanın mədəni mənzərəsinin zənginləşdirilməsinə yönəlmiş bir sıra əməkdaşlıq təşəbbüsləri öz əksini tapıb. Bu əməkdaşlıq çərçivəsində Yelo Bank teatra əhəmiyyətli maliyyə dəstəyi verəcək, il ərzində çoxsaylı tamaşaların və mədəni tədbirlərin keçirilməsinə şərait yaradacaq. İmzalama mərasimi ilə yanaşı Teatrın nümayəndəliyi Yelo Bank-ın Baş ofisinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra müqavilə çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.

Yusif Eyvazov başlanılan bu tərəfdaşlığın məhsuldar və uzunmüddətli olacağına inandığını bildirib. "Yelo Bank ilə əməkdaşlığa başlamağa çox şadıq. Bu əməkdaşlıq çərçivəsində orkestr üçün yeni musiqi alətləri və İtaliyadan "Tosca", "Traviata" operaları üçün dekorasiyaların alınmasına dəstək göstəriləcək. Teatrımıza və ölkə mədəniyyətinə göstərdikləri diqqətə görə Marina xanıma və Yelo Banka öz təşəkkürümüzü bildirmək istəyirik".
"Bu gün imzalanan müqavilə Yelo Bankın mədəniyyətə dəstək missiyasının bir parçasıdır. Bu tərəfdaşlıq vasitəsilə dünya opera mədəniyyətinin dəyərli incilərini xalqımıza daha yaxından hiss etdirmək istəyirik. Biz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanında olmağa və onun parlaq gələcəyinə töhfə verməyə şadıq. Bu əməkdaşlığın hər iki tərəf üçün böyük uğurlar gətirəcəyinə əminəm". – deyə Marina Kulişova bildirib.
Qeyd edək ki, fəal sosial məsuliyyətli bank kimi Yelo, incəsənətin müxtəlif qollarını hər zaman dəstəkləməsi ilə seçilib. Bank-ın Baş ofis binası artıq özü də bir mədəni tədbir ocağına çevrilib. İndiyədək burada İsfar Sarabski, Şahin Növrəsli, Elnur Hüseynov, Fidan Hacıyeva kimi sənətkarların konsertləri, Dövlət Akademik Filarmoniyasının kamera orkestri, eləcə də qadınlardan ibarət orkestrin çıxışları fonunda bir sıra mühüm tədbirlər keçirilib.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıbYelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıbYelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıbYelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb/ banker.az

Banklar     Tarix: 25 aprel 2024

Oxşar xəbərlər

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların


iqtisadi xeberler bitcoin biznes ideyalari biznes xeberleri birbank