Yelo Bank, SİMA İmza ilə müştərilərə xidmət prosesini sürətləndirir
®Yelo Bank, fərdi sahibkar müştərilərinə daha sürətli və rahat həllər təqdim etmək üçün kredit rəsmiləşdirilməsi zamanı sənədlərin tam rəqəmsal şəkildə imzalanmasını təqdim edir. Artıq Bankın müştəriləri kağız daşıyıcılara qol çəkmədən, "SİMA İmza" istifadə edərək müqavilələri rahatlıqla imzalaya bilərlər.
Xidmət çərçivəsində Bank əməkdaşı müştəriyə xüsusi QR kod təqdim edir. Müştəri isə "SİMA" mobil tətbiqində öz sahibkar sertifikatı ilə bu QR kodu skan edir, sənədlərlə tanış olur və bir kliklə bütün sənədləri imzalayır. Bu imkan sayəsində sahibkar öz dəyərli vaxtına qənaət edir və kağız sənədlərlə iş prosesindən azad olur.
Yelo Bank, həmçinin, mobil tətbiqində "SİMA İmza" ilə qeydiyyat prosesini daha da sadələşdirərək, müştərilərinə onlayn əmanət yerləşdirmək və müxtəlif maliyyə əməliyyatlarını asanlıqla həyata keçirmək imkanı da yaradır. Bank gələcəkdə də sahibkarların işini daha da asanlaşdıracaq rəqəmsal həllər təqdim etməyə davam edəcək.
Yelo Bank-dan mikro biznes kredit sifarişi üçün: .
Bank xidmətləri, o cümlədən mikro biznes krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
/ banker.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
SMM nədir?
Start-up nədir?
ƏDV geri al və onun üstünlükləri
Startup nədir və necə olur?
Layihə menecmenti nədir?