Yelo komandası əmək yarmarkasında iştirak edib
®Yelo Bank-ın Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən olan gənclər və onlara dəstək məqsədli təşəbbüsləri davam edir. Bu dəfə Bankın işəqəbul komandası Suraxanı Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında iştirak edib. Burada iştirakçılar Yelo Bank-da mövcud vakansiyalar, təcrübə proqramları ilə tanış olub, öz CV-lərini yerində təqdim etmək, karyera perspektivlərini müzakirə etmək imkanı qazanıblar.
Qeyd edək ki, Yelo Bank ölkəmizdəki aparıcı ali məktəblərlə əməkdaşlığı, karyera tədbirlərində fəal iştirakını artıq bir ənənəyə çevirib. Bankda təcrübəsi olmayan gənclər üçün bir sıra karyera yönümlü layihələr təşkil olunur. Bu layihələr həm maarifləndirici, həm də real iş təcrübəsi qazandırmaqla yanaşı, seçilən iştirakçılara Yelo-da işə düzəlmək şansı da yaradır. Layihələr haqqında xəbərdar olmaq üçün Bankın rəsmi veb-saytını, həmçinin, "Yelo Team" sosial media hesablarını izləyə bilərsiniz.
Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

/ banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Bitcoin nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Birbank xidmətinə necə qoşulmaq olar?
ZARA-nın uğur hekayəsi
Biznes plan necə yazılır?