Yeni elektron xidmət: Sifarişçi İcraçının kommersiya sirri məlumatlarına baxa biləcək
Vergi orqanları tərəfindən vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin müasirləşdirilməsi və rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına onların icazəsi ilə çıxış əldə edilməsi vergi ödəyicilərinin hüquqlarına aiddir. Eyni zamanda, təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq əmtəələrin mövcudluğunun, təcrübəyə, işçilərə və digər resurslara malik olmasının yoxlanılması məqsədilə onlar barəsində müvafiq təsdiqedici sənədlər almaq vergi ödəyicilərinin vəzifələri sırasındadır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən "Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları" təsdiq edilib. Qaydalara uyğun olaraq, eyni zamanda, Dövlət Vergi Xidmətinin (DVX) inzibati yükünü artırmadan onun informasiya sistemlərində vergi ödəyicisinə aid kommersiya və vergi sirri təşkil edən məlumatların ötürülməsinə, yaxud idarə edilməsinə imkan verən "Kontragentləri araşdır" yeni elektron xidməti yaradılıb.
"Kontragentləri araşdır" elektron xidmətindən istifadə gücləndirilmiş elektron imza vasitəsilə vergi ödəyicilərinin vergi orqanlarında olan elektron kabinetləri üzərindən həyata keçirilir. Bu zaman sorğu edən şəxs müvafiq ekran vasitəsilə qarşı tərəfin (kontragentin) VÖEN-ini daxil etməklə ona vergi orqanında olan, o cümlədən kommersiya (vergi) sirri təşkil edən məlumatlara baxış imkanının verilməsi ilə bağlı sorğu göndərir. Sorğu edilən tərəf (kontragent) bu sorğunu qəbul və ya məlumatların açıqlanmasından imtina edə bilər.
Xidmətdən istifadə nəticəsində digər dövlət qurumları, bank və başqa maliyyə təşkilatları tərəfindən vergi ödəyicilərinin DVX-yə yönləndirilməklə kağız daşıyıcısında təsdiq olunmuş arayışlar əldə etməsinə ehtiyac qalmır. Eyni zamanda, elektron xidmət vergi ödəyicilərinin əmtəəsiz əməliyyat aparan (riskli), şəffaf fəaliyyət göstərməyən ticarət partnyorları ilə bağlı riskləri minimallaşdırmağa imkan verəcək.
Elektron xidmət bir çox imkanlara malikdir. Bu xidmət vergi ödəyiciləri üçün kontragentlər ilə işin risklərinin qiymətləndirilməsinə, vergi ödəyiciləri arasında müqavilələrin bağlanılması mərhələsində tərəfdaşları haqqında DVX-də mövcud və qanuni (leqal) sayılan məlumatların əldə olunmasına, sorğu edən və sorğu göndərilmiş vergi ödəyicisinin fəaliyyəti ilə bağlı məlumatlara baxmasına və fəaliyyətinin qiymətləndirilməsinə imkan verir.
Bununla yanaşı, "Kontragentləri araşdır" elektron xidməti ictimai nəzarət funksiyasını yerinə yetirməklə vergi ödəyicilərinin şəffaf və qanunvericilik çərçivəsində fəaliyyət göstərmələrini təşviq edəcək. Belə ki, qarşı tərəfin müvafiq məlumatların əldə olunması barədə sorğulardan imtina etməsi biznes fəaliyyəti zamanı sonradan yarana biləcək maliyyə itkilərinin və digər neqativ halların qarşısını almağa imkan verəcək.
Eyni zamanda, kontragentlərlə bağlı məlumatların əldə olunması imkanı riskli vergi ödəyiciləri ilə əməliyyatların sayının azalmasına, riskli əməliyyatların aparılmasına görə Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirlərinin, əlavə vergi hesablamaların qarşısının alınmasına xidmət edəcək. / marja.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən varlı 10 müğənnisi
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Biznes planı necə yazmaq lazımdır?