Yerli turizmin inkişafına mane olan "bələdçi" adlı işbazlar - ARAŞDIRMA + FOTO

Yerli turizmin inkişafına mane olan Yerli turizmin inkişafına mane olan "bələdçi" adlı işbazlar - ARAŞDIRMA + FOTO
Azərbaycanda turizm sektorunun inkişaf etdiyini, lakin hələ də problemli sahə olduğunu demək olar ki, heç kim danmır. Bu problemlərdən biri də turizm şirkətlərinin özü üçün də narahatlığa çevrilmiş işbaz bələdçilərdir. Söhbət sadəcə öz işini görən, yəni turistlərə bələdçilik edən şəxslərdən getmir. Əsl problem restoranlar və hotellərlə əlbir olub turisti aldadan, özü isə yaxşı qazanc əldə edən bələdçilərdir.
Onların turizm şirkətlərinə hansı problemi yaratdığını öyrənmək qərarına gəldik.
"Report"a mövzu ilə bağlı fikirlərini çatdıran ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin birinin rəhbəri Əziz Şiriyev bildirib ki, bu məsələ onlar üçün də olduqca narahatvericidir:
"Azərbaycanda turizm sektorunda işləmək prinsipi hələ oturuşmayıb. Türkiyə qonşu ölkə olsa da, oradan nümunə götürmək istəmirlər. Bizdə hər hansı bir bələdçi turizm şirkəti ilə əməkdaşlıq edir, sonra həmin şirkətin müştərilərinə deyir ki, "turizm şirkəti ilə çalışmaq mənasızdır, mən sizə daha ucuz qiymətə xidmət edəcəyəm. Müştərinin də marağında daha az pul xərcləməklə eyni şeyləri əldə etmək olduğu üçün razılaşır. Problem ondadır ki, həmin bələdçilər peşəkar deyillər. Yaxşı bələdçi Azərbaycan tarixini, coğrafiyasını mükəmməl bilməlidir. Ünsiyyətdə olduğu xarici dildə səlis danışmalıdır. Bundan əlavə, bələdçi həm də vətənpərvər olmalıdır.
Restoran və hotel üçün müştərini kimin gətirməsinin heç bir fərqi yoxdur. Peşəkar turizm şirkətinin və ya yoldan keçən kiminsə gətirməyindən asılı olmayaraq, onlar üçün əsas odur ki, müştəri gəlsin".
Yerli turizmin inkişafına mane olan Şirkət rəhbəri həmin bələdçilərlə restoran rəhbərləri arasında olan anlaşma haqqında da məlumat verib:
"Bələdçi ilə restoran arasında belə anlaşma olur: şəhərdə olan restoranlar 10%, dənizkənarı restoranlar, balıq verilən məkanlar isə 15% komissiya verirlər. İki cür işləmə prinsipi var. Birincisi, fiks menyu üzərindəndir. Məsələn, əvvəlcədən menyu danışılır və qiymət hesablanır. Məsələn, bir adam üçün 30 manat hesab nəzərdə tutulur.
İkinci variant isə seçimi tamamilə müştərinin ixtiyarına buraxır. Hesab gələndə də bələdçi buradan öz faizini götürür. Hesab 1 000 manat gələndə onun 10%-i bələdçiyə verilir. Təbii ki, restoran da bələdçinin pulunu menyudan çıxarmış olur. Nəticədə də ziyan turistlərə dəyir, onlar artıq pul ödəmiş olurlar.
Hotellər isə peşəkar turizm şirkətinə də otağı korporativ qiymətinə - 60 manatdan verir, yoldan keçən bələdçiyə də. Bu halda da turizm şirkətləri satış edə bilmirlər".
Ə.Şiriyev öz təcrübəsi vaxtı rastlaşdığı hadisə ilə də bölüşüb:
"Bu gün bizim şirkət bir futbol klubunu 32 nəfər heyətlə Zaqatalada hotelə yerləşdirib. Sabah da Gəncədə olacaqlar.
Hotel mənə təqdim etdiyi qiyməti kluba da verir. Hotelin nümayəndəsi onlara deyib ki, siz nəyə görə turizm şirkəti ilə işləyirsiz, elə gəlin, birbaşa bizimlə işləyin. Bu da turizm sektoru üçün böyük problemdir. Turizm şirkətlərinin ayaqda durması üçün çətinlik yaranır".
Deyilənləri adını açıqlamaq istəməyən bələdçi təsdiqlədi:
"Şəhərin mərkəzində bələdçiyə yaxşı faiz (20-30 %) verən bir neçə restoran var. Bundan əlavə, qonaqlara verilən yeməyi də bələdçiyə pulsuz verir. Restoranda hesab nə qədər olsa, bələdçi ilə restoran arasında danışılan komissiya ödənilir. Məsələn, 500 manat hesab gəlib. Restoran servis haqqı kimi 10 % üstünə gəlir. Yəni 500 manatın üstünə 50 manat da qoyur. Amma bələdçi öz 20 və ya 30 %-ni 500 manatdan alır".
Müsahibimiz hotellərin də bu prinsiplə işlədiyini bildirib:
"Əgər bələdçi zəng etsə, hoteldən ona otağın qiymətini aşağı deyirlər.
Məsələn, 70 manatlıq otaqdırsa, 60-a ya da 50-yə deyirlər. Baxır, nə qədər otaq sifariş ediləcək. Bələdçi hotelə mütəmadi olaraq müştəri gətirir deyə, aşağı qiymətə deyilir. Müştəri özü getsə, və ya başqası olsa, hotel bələdçiyə dediyi qiyməti vermir. Hotel bələdçiyə gətirdiyi qonaqların gecəsinə görə 20 manat verir. Amma hotellərlə əvvəlcədən danışmaq lazımdır ki, boş otaqlar olsun".

Xəbərlər     Tarix: 14 sentyabr 2022

Oxşar xəbərlər

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb

Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. xəbər verir ki, bu, noyabrın 20-dən tətbiq ediləcək

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alış

Cənubi Koreyada "Samsung" və "Hyundai" daxili sərmayələri artıracaq

Samsung Electronics, Hyundai Motor və digər böyük Cənubi Koreya istehsalçıları daxili investisiya planlarını açıqlayıblar. xəbər verir ki, Samsung Electronics süni intellektə tələbatın qlobal artımına cavab olaraq Pyeongtae

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler biznes krediti dollar kursu depozit faizleri bitkoin almaq