Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı

Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladıAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi isə 0.5 faiz bəndi azaldılaraq 5% səviyyəsində müəyyən edilib. Banker.az xəbər verrir ki, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb.
Faiz dəhlizinin aşağı həddinin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında ticarətin təşviqinə yönəlib. Dəhlizin genişlənməsinin Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına sövq edəcəyi gözlənilir. Faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin sabit saxlanılması isə inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir.
İllik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin avqust ayında 12 aylıq inflyasiya 5.7% təşkil edib ki, bu da iyuldakı analoji göstəriciyə nəzərən 0.1 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.2%, ödənişli xidmətlər üzrə 5.0%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. İllik baza inflyasiya 5.1% təşkil edib. Mərkəzi Bankın ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində olacağı ilə bağlı proqnozu dəyişməz qalır.
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25.8%-ə enib.
Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 8 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 32.9% artaraq 15.3 mlrd. ABŞ dollarına yüksəlib. Bu, Mərkəzi Bankın valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir.
Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkənin xarici ticarətində 10.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-avqust aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 751 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 74.1% artıb. Cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə əlaqədar Mərkəzi Bankın 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunun artım istiqamətində dəyişməsi ehtimalı var.
Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin avqust ayının sonuna 6.3 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.2 dəfə artıb. Bu şəraitdə təminatsız pul bazarı üzrə bençmark faizlər bir qədər azalmağa meyil edib. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin iyul ayında 6.39%, avqust ayında 6.28%, sentyabr ayının ötən dövründə isə 6.02% olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Mərkəzi Bank likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların payı avqust ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 70.8% təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın not portfelinin həcmi də avqust ayının sonuna ötən ilin sonu ilə müqayisədə 4 dəfədən çox artıb.
Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə edilməyib. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşlarından daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini artıracağı gözlənilmir.
Cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası nəzərə alınmaqla qəbul ediləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri və onların daxili iqtisadiyyata ötürülmə intensivliyini nəzərə alaraq bundan sonra da makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenari əsasında nəzərdən keçiriləcəkdir.
Bu qərar 24 sentyabr 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək.
2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edilib. Belə ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilmə tarixi 2026-cı il noyabr ayının 4-dən oktyabr ayının 29-na dəyişdirilib. Ekspertlərlə görüşün də həmin gündə təşkil olunması nəzərdə tutulub.

Banklar     Tarix: 23 sentyabr 2026

Oxşar xəbərlər

ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir

Azərbaycan Mərkəzi Bankının gələn çərşənbə günü keçiriləcək növbəti iclasında uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayacağı gözlənilir. Niderlandın ING bank qrupunun analitik icmalında bildirilib ki, Azərbaycanın Mərkəz

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

"PAŞA Bank"ın səhmdar strukturu dəyişib

"PAŞA Bank" ASC-nin səhmdar strukturunda 2026-cı ilin ilk yarısında mühüm dəyişiklik baş verib. "PAŞA Holding" MMC-nin Bankdakı birbaşa payı artıq görünmür, onun yerini yeni yaradılmış "PASHA Financia

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU

Azərbaycanda fiziki şəxslərin ən az depoziti olduğu bank məlum olub. Əhalinin əmanətlərini ən çox - Artırdığı banklar. biznes və maliyyə xəbərləri portalının ölkə bankları üzrə tərtib etdiyi fiziki şəxslərin depozitlərini

AMB maliyyə qruplarına da nəzarət edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund

Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur

"PAŞA Bank"ın hazırda Azərbaycanda hər hansı bankı almaq planı yoxdur. Bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbua

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır

Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 23-də faiz dəhlizinin parametrlərini açıqlayacaq. AMB-dən -a daxil olan məlumatda AMB bu dəfə faiz dərəcəsinə dair qərarı press-reliz kimi açıqlayacaq. AMB bu dəfə uçot faiz dərəcəsin


iqtisadi xeberler biznes krediti internetden pul qazanmaq en son xeberler bank faizleri