Yevlax Pilot Aqropark ilk dəfə məhsul ixrac edəcək

Yevlax Pilot Aqropark ilk dəfə məhsul ixrac edəcəkYevlax Pilot Aqroparkın rezidenti "İSFA" MMC ilk dəfə olaraq Qırğızıstana ting məhsulları ixrac edəcək.
Marja İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bu ilin oktyabrında ixraca dair imzalanan müqaviləyə əsasən, şirkət tərəfindən Qırğızıstana ümumilikdə 40 min gilas, badam və nektarin tinglərinin göndərilməsi planlaşdırılır.
Növbəti mərhələdə isə, Gürcüstana 100 min qoz tinginin, Rusiyaya isə 150 min ədəd alma, gilas və nektarin tinglərinin ixracı nəzərdə tutulur.
Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış "İSFA" MMC tərəfindən aqroparkın ərazisində meyvə bağları, tinglik salınıb və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, şirkətin əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı təşkil edəcək. Artıq 20 hekatarlıq parselin 4 hektarında tezyetişən gilas, 2 hektarında ərik, 6 hektarında nektarin və şaftalı, 1 hektarında isə alça ağacları əkilib. 5 hektar ərazidə isə 500 min tingin yetişdirilməsi üçün 500 min calaqaltı əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. "İSFA" MMC-nin aqroparkda yerləşən təsərrüfatında ilkin mərhələdə 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib. / marja.az

Maliyyə     Tarix: 11 oktyabr 2022

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə


iqtisadi xeberler rubl mezenne bank faizleri valyuta kurslari dollar kursu