YIĞIM Payment System UnionPay kartları ilə onlayn ödəniş qəbuluna start verdi

YIĞIM Payment System UnionPay kartları ilə onlayn ödəniş qəbuluna start verdi®YIĞIM Payment System məmnuniyyətlə yeni xidmətin istifadəyə verildiyini elan edir: artıq platformamız vasitəsilə UnionPay kartları ilə onlayn ödənişlərin qəbulu mümkündür. Bu addım həm yerli biznes, həm də UnionPay kartlarından geniş istifadə olunan Asiya ölkələrindən olan müştərilər üçün ödəniş imkanlarını artırır. Qeyd edək ki, Azərbaycanda qida çatdırılması, taksi və elektrik skuterlərinin icarəsi xidmətləri göstərən Wolt və Bolt kimi aparıcı şirkətlər artıq UnionPay ödənişlərini YIĞIM vasitəsilə qəbul etməyə başlayıblar.
UnionPay – dünyada buraxılmış kart sayına görə ən böyük ödəniş sistemlərindəndir, 180-dən çox ölkəni əhatə edir. Hal-hazırda UnionPay kartları Çin xaricində 80-dən çox ölkədə buraxılır. Ümumi kart sayı 9 milyardı ötüb. Çin xaricində UnionPay kartlarının ən çox buraxıldığı ölkələr arasında Honq Konq, Cənubi Koreya, Sinqapur, Tailand və Rusiya yer alır.
Üstünlükləri nədir?
Azərbaycanla Çin arasında vizasız rejimin ləğvi ilə təkcə Çindən deyil, UnionPay-in əsas ödəniş üsulu kimi istifadə edildiyi digər ölkələrdən də turist axınının artacağı gözlənilir. UnionPay kart istifadəçiləri olan qonaqlar, tələbələr və sahibkarlar üçün bu sistemin Azərbaycanda mövcudluğu onların rahatlığı və alış-verişə təşviqi baxımından əhəmiyyətlidir.
Biznes üçün üstünlüklər:
Yeni bazarlar və müştərilər – UnionPay kartlarının qəbulu Asiya ölkələrindən olan beynəlxalq müştərilər üçün məhsul və xidmətlərin cəlbediciliyini artırır.
Konversiyanın artması – alışdığı və rahat ödəniş üsulları müştərilərin alış-verişi tamamlaması ehtimalını artırır.
Etibarlılıq və təhlükəsizlik – Ödənişlər beynəlxalq PCI DSS standartlarına cavab verən YIĞIM-ın sertifikatlaşdırılmış infrastrukturu vasitəsilə həyata keçirilir.
YIĞIM, Azərbaycan üçün rəqəmsal ödəniş infrastrukturunu inkişaf etdirməyə davam edir və bizneslərə qlobal trendlərə uyğun müasir həllər və inteqrasiyalar təqdim edir.
YIĞIM haqqında:
YIĞIM Payment System — Azərbaycanın aparıcı fintex şirkətlərindən biridir və ölkədə PCI DSS beynəlxalq təhlükəsizlik sertifikatı alan ilk şirkətdir. 2017-ci ildə təsis edilmiş YIĞIM bu gün Bolt, Wolt, Uber, Yango, Hilton, Fairmont, Hertz, Wingz Scooter və digər brendlər də daxil olmaqla 300-dən çox müştəriyə xidmət göstərir.
YIĞIM həmçinin Google Pay və Apple Pay vasitəsilə onlayn və mobil tətbiqlərdə ödəniş qəbul edən ilk Azərbaycan şirkətidir. Bununla yanaşı, American Express, UnionPay kartları ilə onlayn ödəniş, eləcə də Visa Token Service (VISA VTS) inteqrasiyası da uğurla həyata keçirilib – bu isə ödəniş prosesini daha təhlükəsiz və rahat edir. / banker.az

Banklar     Tarix: 03 iyul 2025

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq