Yığmaq, yoxsa xərcləmək: maliyyə uğuru haqqında kitabların səhvi nədədir?

Yığmaq, yoxsa xərcləmək: maliyyə uğuru haqqında kitabların səhvi nədədir?Nəyə görə iqtisadçıların və kitab müəlliflərinin pulun effektiv idarə edilməsinə dair məsləhətləri çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir?
Yel Universitetinin professoru Ceyms Çoi yeni tipli şəxsi maliyyə kursu yaratmaq istəyirdi. O istəyirdi ki, kurrikulumda texniki iqtisadiyyat məqalələrindən əldə edilən fikirləri parlaq bestseller kitabların məsləhətləri ilə birləşdirsin.
Bir neçə il əvvəl o, on milyonlarla nüsxədə satılan bir çox məşhur şəxsi maliyyə kitablarını nəzərdən keçirməyə başladı ki, onların hansı məsləhətlər verdiyini öyrənsin. "Məni bu məsləhət dünyası və onun biz alimlərin qənaət və investisiya haqqında verdiyi məsləhətlərdən nə ilə fərqləndiyi çox maraqlandırırdı", –  professor deyir. O, başa düşdü ki, ən populyar kitablar ya elmi araşdırmalardan çox fərqlənir, ya da onun dili ilə desək, tamamilə ağılsız məsləhətlər təklif edir.
Beləliklə, Çoi qənaət, xərcləmə və investisiya haqqında ən çox satılan kitablardan 50 ən yaxşı məsləhəti müəyyən etdi və onlarla iqtisadi tədqiqatçıların nəticələri arasında müqayisə apardı. O, nəticələri yeni bir məqalədə dərc etdi. Onun gəldiyi nəticə budur ki, iqtisadçılar rəqəmlərlə məşğul olduqları üçün daha rasional məsləhətlər verirlər. Məşhur kitabların müəllifləri isə daha çox əməli məsləhətlər verməyə meyllidirlər, çünki onlar insan davranışı ilə, onun məntiqsizliyi ilə mübarizə aparırlar.
Akademik iqtisadçılarla məşhur yazıçılar arasındakı fərqin bəlkə də ən parlaq nümunəsi borcun ödənilməsi ilə bağlı məsləhətlər idi. Professorun sözlərinə görə, iqtisadi nəzəriyyəyə görə, istehlakçılar həmişə yüksək faizlərə diqqət etməlidirlər. İstənilən başqa strategiya daha baha başa gəlir, çünki siz sadəcə olaraq aylıq hesabınıza daha yüksək faizin gəlməsinə icazə verirsiniz.
Bununla belə, Deyv Remsi kimi məşhur maliyyə uğuru kitablarının müəllifləri bunun əksini düşünürlər. Remsiyə görə, siz "qartopu metodu" ilə hərəkət etməlisiniz, yəni borcları kiçikdən başlayaraq ödəməyə başlamalısınız. Müəllif etiraf edir ki, bu, borclardan qurtulmaq üçün ən sərfəli strategiya deyil. Amma "qartopu metodu" iradə gücünü qurmağa kömək edir. Çünki kiçik borcunun sıfırlandığını görən insan məmnun olur və daha böyük borcunu ödəmək üçün həvəslənir.
Çoi vurğulayır ki, iqtisadi elm baxımından yanlış olsa da, o, Remsinin yanaşmasını strateji cəhətdən yanlış hesab etmir. "Məncə, bu, pəhriz və idman kimi bir şeydir. Siz sadəcə olaraq insanlara ömürlərinin sonuna qədər brokkoli və buxarda hazırlanmış toyuq yeməklərini yeməyi tövsiyə edə bilərsiniz. Yaxud da insanları maraqlandırmaq, pəhriz saxlamağa həvəsləndirmək üçün onlara "cheat meal" haqqında danışa bilərsiniz".
Lakin məşhur maliyyə məsləhətləri kitablarında vərdiş yaratmağa və motivasiyaya vurğu bəzən daha az məntiqli təkliflərə gətirib çıxarır. Məsələn, məşhur müəlliflər tez-tez israr edirlər ki, insanlar nə olursa olsun gəlirlərinin ən azı 10 faizini yığmalıdırlar. Bu strategiya əmanət nisbətinizi "hamarlaşdıran" alət kimi düşünülə bilər: həyatda nə olursa olsun, zamanla qənaət etmək vərdişini inkişaf etdirə bilməniz üçün gəlirinizin sabit bir hissəsini kənara qoymağa təşviq edilirsiniz.
Amma həyat heç də həmişə yolunda getmir. Yüksəlişlər və enişlər var. İyirmi beş yaşında olan bir çox insan ev kirayələmək üçün çətinliklərlə üzləşir və yalnız qırx yaşında şəhərətrafı ərazilərdə kiçik bir ev ala biləcək qədər varlanır. Bəzi valideynlər uşaqlarının dövlət məktəbinə köçürülməsindən sonra pulun bir hissəsini qənaət etməyə qadir olur. Bu səbəbdən Çoi elm adamlarının orta yaşlı insanların daha çox, gənclərin isə daha az pul yığdığını normal qəbul etdiklərini deyir.
Bu metodlar təkcə rəqabət aparan şəxsi maliyyə strategiyaları deyil, demək olar ki, fərqli həyat fəlsəfələridir. Pul yığmaq metodu psixologiyamızın reallığıdır, çünki vərdişlər nizam-intizam və təcrübə tələb edir. Əgər əksər insanlar qənaət davranışlarını birdən-birə dəyişdirə bilmirlərsə, o halda onlara gənc ikən qənaət etməyi tövsiyə etmək məqsədəuyğundur.
Ancaq bunun əksi olan "istehlakın hamarlanması" metodu ekzistensial reallığa haqq qazandırır. Unutmamalıyıq ki, həyatın özü tükənən aktivdir. Gələcək bəlli deyil və həyatın bəlli olmayan çətinlikləri üçün bu gün ikiqat qənaət etmək mənasızdır. Məsələn, 23 yaşında dostlarla şam yeməyinə getmək daha önəmlidir, nəinki 73 yaşında pensiya fondunuzda bir neçə əlavə əsginasa sahib olmaq. Bu məntiqə əsasən, ən yaxşısı büdcənizi elə qurun ki, həm komfort yaşayasınız, həm də gələcəyinizə görə narahat olmayasınız.
Bu, bəlkə də, professorun gəldiyi ən dərin nəticədir. Şəxsi maliyyə bestsellerləri insan təbiətini ciddi qəbul edən və iqtisad professorlarının hörmətini qazanan nəzəriyyə və psixologiyanın birləşməsi sayəsində uğur qazanır. Amma ömürlərini zövq aldıqları şeyləri təxirə salmaqla keçirənlər bir gün əmanətlərlə zəngin, lakin xatirələrdə yoxsul oyanırlar.
Ola bilsin ki, ən məşhur şəxsi maliyyə kitablarının çoxu iqtisadi nəzəriyyədən bir şeyi götürməlidir: həyatda optimallaşdırılmış qənaət vərdişlərindən daha böyük olanlar var. / banker.az

Maraqlı     Tarix: 26 yanvar 2023

Oxşar xəbərlər

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla


iqtisadi xeberler valyuta kurslari 1000 manatla biznes valyuta mezennesi bitcoin qiymeti