Yüksək inflyasiya Manatın alıcılıq qabiliyyətini azaldır – Bəs Mərkəzi Bank nə edir?

Yüksək inflyasiya Manatın alıcılıq qabiliyyətini azaldır – Bəs Mərkəzi Bank nə edir?Sürətlənən inflyasiyanın Manatın alıcılıq qabiliyyətini azaltdığı sirr deyil. 100 manata 3-4 il əvvəl alınan malların, bugün yarısını belə almaq mümkün deyil.
Mərkəzi Bankın sədri Taleh Kazımov bu barədə Marja-nın sualını cavablandıraraq bildirib ki, yüksək inflyasiya ilə əlaqədar olaraq Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi həssas mövzudur. Mərkəzi Bank tələbin canlanmasından qaynaqlanan inflyasiyaya təsir edə bilir, təklifdən qaynaqlanan inflyasiyanın qarşısında isə acizdir:
"İnflyasiya həm təklif, həm də tələb ilə əlaqədar ola bilər. Mərkəzi Bank faiz qərarları və makroprudensial tələbləri ilə yalnız tələbə təsir edə bilir. Hazırda Azərbaycandakı yüksək inflyasiya daha çox idxaldan qaynaqlanır. Bizim əsas məqsədimiz tələbin artmasını tənzimləməkdir, yəni tələb nə çox sürətlə artsın; belə olduqda infllyasiya daha da yüksələ bilər, nə də iqtisadiyyatın inkişafına mənfi təsir edəcək qədər çox aşağı düşsün. Biz tələbi balanslaşdırmağa çalışırıq. Hazırda Mərkəzi Bank faizləri dəyişdirməklə deyil, makroprudensial tələblərə dəyişikliklər etməklə tələbi tənzimləyir.
Artıq banklararası bazarın yaradılması ilə bağlı işlər aparılır. Ümidvaram ki, Sentyabr ayından banklara yeni platforma təqdim ediləcək. Bu platformada bankların aktivliyinin stimullaşdırılması ilə fəaliyyətimizi davam etdirəcəyik və bunun nəticəsində Mərkəzin Bankın uçot dərəcəsinin bankların faizlərinə transmissiyası artacaq. Hal-hazırda biz, bir sıra amillər ilə əlaqədar olaraq faiz dərəcələrini dəyişdirmirik. Mən çıxışımda bu amilləri bəyan etmişəm. Bizim əsas məqsədimiz bu gün tələbin sürətlə artmamasıdır, çünki bu inflyasiyanın böyüməsinə səbəb olacaqdır. Nəzərə alsaq ki, idxal inflyasiyasının əsas səbəbləri enerji qiymətləridir, logistikada olan problemlərdir. Biz ümidvarıq ki, bu istiqamətlərdə xərclər azaldığı təqdirdə idxal inflyasiyası da azalacaq".
Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev bildirib ki, inflyasiyanın aşağı salınması və Manatın alıcılıq qabiliyyətinin dəstəklənməsi üçün Mərkəzi Bank artıq bir sıra qərarlar qəbul edib:
"İnflyasiyanı həm azaldan, həm də artıran amillər var. Biz ötən iclaslardan bəri artırıcı və azaldıcı amillərə baxırıq. Görürük ki, azaldıcı amillər əhəmiyyətlidir. Burda Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsini, İyunda dünya ərzaq qiymətlərinin ucuzlaşmasını, təcihaz-logistika xərclərini xarakterizə edən indekslərdə azalmanı müşahidə edirik. Mən qısa qeyd etmək istərdim ki, dünya ərzaq qiymətləri ardıcıl iki aydır aşağı düşməkdədir. Eyni zamanda, biz faizdən başqa, digər qərarlar da qəbul edirik. Məsələn, Mərkəzi Bank məcburi ehtiyat normasının artırılması ilə bağlı qərar qəbul edib. Həmçinin makroprudensial siyasətlər ilə bağlı qərarlar qəbul etmişik ki, bu da inflyasiyanın səviyyəsinin cilovlanmasına və Manatın alıcılıq qabiliyyətinin dəstəklənməsinə xidmət edir".
Qeyd edək ki, Taleh Kazımovun təyinatından sonra keçirilmiş yığıncaqlarda (29 aprel 2022,17 iyun 2022 və 29 iyul 2022-ci il tarixlərində) faizlərdə dəyişiklik edilməmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində saxlanılmışdır.
Mərkəzi Bankın İdarə Heyəti bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsini, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalmasının inflyasiyaya azaldıcı təsir göstərdiyini nəzərə alaraq faizlərini sabit saxlayıb. 
Həmçinin oxu
Mərkəzi Bank faiz qərarını açıqladı
Yüksək inflyasiya Manatın alıcılıq qabiliyyətini azaldır – Bəs Mərkəzi Bank nə edir?

Maliyyə     Tarix: 29 iyul 2022

Oxşar xəbərlər

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd


iqtisadi xeberler bitkoin dollarin kursu bu gun kripto biznes ideyalari