Yüzlərlə fermerə aqrar sığorta ödənişi verildi

Yüzlərlə fermerə aqrar sığorta ödənişi verildiFevralın 21-də Şəki rayonunda Aqrar Sığorta Fondu və Şəki şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə "Şəki rayonunda təbiət hadisələrindən zərər çəkən fermerlərə sığorta ödənişi" tədbiri keçirilib. 
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov və Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun iştirak etdiyi tədbirdə aqrar sığorta haqqında geniş məlumat verilib, təbiət hadisələrindən zərər çəkmiş fermerlərə ödənişlər təqdim edilib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tədbirdə bildirilib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti və çoxsaylı təbiət hadisələri nəticəsində ölkənin əksər bölgələrində təsərrüfatlara və əkin sahələrinə böyük zərər dəyib. Ən çox zərər görən təsərrüfatlardan biri də Şəki rayonudur. 
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki rayonunda iqlim şəraitinin mürəkkəb olduğunu xatırladaraq bildirib ki, bu vəziyyət tez-tez təbiət hadisələrinin baş verməsinə səbəb olur və təsərrüfatlara zərər vurulması ilə nəticələnir. E.Usubov fermerləri belə hadisələrdən qorunmaq üçün dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığortadan faydalanmağa çağırıb. 
Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov xatırladıb ki, aqrar sığorta subsidiyalaşdırılır, yəni sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir. Fond rəhbəri bildirib ki, 2022-ci ildə də baş verən hadisələr səbəbindən Şəki fermerləri və təsərrüfatlara böyük zərər dəymişdi, həmin il rayonda 438 fermerə 348 min manat sığorta ödənişi edilib. 
2023-cü ildə baş verən hadisələr nəticəsində isə Şəkidə 271 fermerə ümumilikdə 694 min manat sığorta ödənişi edilib. Bu məbləğin 544 min manatı arpa, 150 min manatı isə buğda əkinləri üzrə ödənilib. Nəticədə Şəkidə bəzi təsərrüfatlar məhz aqrar sığorta ödənişi sayəsində əkinləri həyata keçirərək fəaliyyətini davam etdiriblər. 
Tədbirdə qeyd edilib ki, ümumilikdə 2023-cü ildə ölkədə baş verən hadisələr üzrə fermer və təsərrüfatlara indiyədək 4,4 milyon manat ödəniş edilib. Bu proses davam edir və sonda ödənişlərin ümumilikdə 8 milyon manata yüksələcəyi gözlənilir.  
Tədbirdə Şəki-Zaqatala bölgəsi üzrə aqrar sığorta xidmətləri təqdim edilib, sadə misallarla fermerlərə izahat verilib. 
Belə ki, bölgədə 1000 manatlıq tütünün sığortalanması 62 manata başa gəlir, bunun yarısını dövlət ödəyir, nəticədə fermer cəmi 31 manat ödəniş etməklə məhsulunu sığortalaya bilər. Qoz, fındıq və ərik bağlarında 1000 manatıq məhsulun sığortalanması fermerə 20 manata, badam məhsulunun sığortalanması isə cəmi 7 manata başa gəlir. 
Tədbirdə təbiət hadisələrindən zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim edilib. Fermerlərin qaldırdığı suallar cavablandırılıb, onlara ətraflı izahat verilib.  
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki "Bitkiçilik sığortası kalkulyatoru" vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər. / marja.az

Banklar     Tarix: 23 fevral 2024

Oxşar xəbərlər

ABB "Davr-Bank"la sövdələşməni tamamlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın "Davr-Bank" ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb. xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyini

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə


iqtisadi xeberler valyuta kurslari dollarin kursu bu gun bitcoin qiymeti pul qazanmaq