"Zara"nın sahibi Rusiyadakı biznesini - SATIR
"Zara", "Pull & Bear", "Oysho", "Bershka", "Massimo Dutti", "Stradivarius" və başqa brendlərə sahib olan İspaniyanın "Inditex" qrupu Rusiyadakı biznesini Rusiya hökumətinin yurisdiksiyasında qeydiyyatdan keçmiş üçüncü şirkətə vermək niyyətindədir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, "Inditex"in Rusiyadakı törəmə şirkəti Cənub-Şərqi Asiya və ya Fars körfəzi ölkələrində françayzilərə verilə bilər. Nəşrin başqa bir mənbəsi göstərirdi ki, "Inditex"in Rusiya aktivləri BƏƏ-dən olan tərəfdaşa verilə bilər. Çox güman ki, Inditex Rusiya biznesinin tərəfdaşlara ötürülməsi altı aydan bir ilə qədər çəkəcək.
Mağazaların bağlanması bu il martın 5-də məlum olub. Aprel ayında "Inditex"in baş direktoru Rusiya bazarına "mümkün qədər tez" qayıtmaq niyyətində olduğunu açıqlayıb. O, Rusiyada "şərtlər imkan verən kimi" mağazaları açacağına söz verib. Lakin sonradan bu məlumat "Knight Frank Russia" şirkətinin daşınmaz əmlak departamenti tərəfindən təkzib edilib.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
ƏDV geri al və onun üstünlükləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?