Ziraat Bank Azərbaycan 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurub

Ziraat Bank Azərbaycan 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurubZiraat Bank Azərbaycan 2024-cü ilin birinci rübünə dair maliyyə hesabatlarını rəsmi saytında yayımlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, hesabata əsasən Ziraat Bank Azərbaycan müsbət artım dinamikasını davam etdirərək 2024-cü ilin ilk rübünü xalis mənfəətlə başa vurub. 
Ziraat Bank Azərbaycan 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurubYayımlanan maliyyə hesabatlarına əsasən, Bank 2024-cü ilin ilk rübündə 4.4 mln. manat xalis mənfəət əldə edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.4 % artıqdır. Bankın əməliyyat mənfəəti də ötən ilin ilk rübü ilə müqayisədə 11% artaraq 6 mln. manatı keçmişdir. 
Dərc edilmiş hesabatlara əsasən, bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.6% artaraq 377 mln. manatı keçmişdir. Qeyd edək ki, kredit portfelinin mühüm hissəsini Bankın prioritet istiqamətlərindən hesab edilən biznes kreditlər təşkil edib. Bankın depozit portfeli üzrə də əhəmiyyətli artım müşahidə edilib. Belə ki, təqdim edilən maliyyə nəticələrinə görə 2024-cü ilin ilk 3 ayında müştərilərin banka etibar etdiyi vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 26,31% artaraq 495 mln. manatı keçmişdir. 
Bankın uğurları bununla da bitmir. Belə ki, 2024-cü ilin ilk üç ayı ərzində Bankın cəmi aktivləri 16.7 % artaraq 743 mln. manata çatmışdır. Bankın cəmi kapitalı isə 4% artaraq 121 mln. manatı keçmişdir.   
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.   / marja.az

Banklar     Tarix: 17 aprel 2024

Oxşar xəbərlər

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların


iqtisadi xeberler bitcoin biznes ideyalari biznes xeberleri birbank