Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu

Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu®Ziraat Bank Azərbaycan rəsmi saytında maliyyə göstəricilərinə dair hesabatlarını yayımlayıb. Hesabatlara əsasən Bank 2025-ci ilin ilk rübünü 3,6 mln manat xalis mənfəətlə başa vurub. 
Təqdim olunan məlumatlara əsasən Bankın  aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.4 % artaraq 909 mln manata yüksəlmişdir. 
Dərc edilmiş maliyyə hesabatlarına əsasən, bankın kredit portfeli ilin əvvəlindən 8.5%  artaraq 575 mln. manata çatmışdır. Qeyd edək ki, kredit portfelinin mühüm hissəsini Bankın prioritet istiqamətlərindən hesab edilən biznes kreditlər təşkil edib. Məhz biznes kreditlər üzrə ilin əvvəlindən artım 34 mln  manat  təşkil edib. 
Bankın depozit portfeli aktivlərin artımını dəstəkləmişdir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri 9.65 % artaraq 263 mln. manat təşkil etmişdir.  Bank tərəfindən ötən bir ildə ümumi cəlb edilən vəsait isə 25 % artaraq 761 milyon manata çatmışdır. 
Yayımlanan maliyyə hesabatlarına əsasən, 2025-ci ilin ilk rübündə Bankın faiz gəlirləri 7.5 mln manat, ümumi əməliyyat mənfəəti isə 6 mln. manat təşkil etmişdir. 
"Ziraat Bank Azərbaycan" ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı, Quba şöbəsi ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.  / banker.az

Banklar     Tarix: 18 aprel 2025

Oxşar xəbərlər

ABB "Davr-Bank"la sövdələşməni tamamlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın "Davr-Bank" ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb. xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyini

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin avqust ayı üzrə ölkədə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb: /

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

Azərbaycanın strateji valyuta ehtiyatları $91 milyarda yüksəlib

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 1-nə 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7%, 2026-cı ilin yanvar-iyul aylarına nisbətən isə 12,2% çoxdur

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi


iqtisadi xeberler leobank kart avtomobil xeberleri birbank bitcoin qiymeti