"Ziraat Bank Azərbaycan" investisiya portfelini ABŞ və beynəlxalq istiqrazlara yönəldib

"Ziraat Bank Azərbaycan" ASC 2025-ci ildə investisiya portfelinin strukturunu dəyişərək Türkiyə və regional emitentlərin istiqrazlarından daha çox ABŞ dolları ilə nominallaşan beynəlxalq maliyyə institutları və Qərb banklarının qiymətli kağızlarına üstünlük verib.
Banker.az xəbər verir ki, bank ötən il portfeldə yer alan bir sıra Türkiyə şirkətlərinin və maliyyə institutlarının istiqrazlarını azaldaraq və ya tam çıxararaq vəsaiti daha iri beynəlxalq emitentlərə yönəldib.
"Ziraat Bank Azərbaycan" ASC-nin investisiya qiymətli kağızları portfeli 2025-ci ildə 49.3% artaraq 99.7 mln. manata çatıb. Bankın portfeli 2024-cü ildə 66.8 mln. manat olmuşdu. Artım əsasən xarici valyutada olan istiqraz investisiyalarının genişlənməsi hesabına baş verib. Bank ilk dəfə olaraq ABŞ dollarında buraxılan "Cənub Qaz Dəhlizi" QSC-nin 34.7 mln. manat ekvivalentində istiqrazlarına, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) 28.7 mln. manatlıq və "Barclays PLC"nin 8.6 mln. manatlıq istiqrazlarına yatırım edib.
Portfeldə həmçinin "JP Morgan Chase" bankının 6.9 mln. manatlıq, Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyinin 6.9 mln. manatlıq istiqrazları yer alıb. SOCAR istiqrazlarına investisiya isə illik müqayisədə 11 dəfə artaraq 5.6 mln. manata yüksəlib.
Bununla yanaşı, bank əvvəlki ildə portfeldə yer alan Asiya İnkişaf Bankının 24.8 mln. manatlıq istiqrazlarını, eləcə də "SOCAR Polymer Investments", "Turkcell", "Turkiye Vakiflar Bankasi" və "Turk Telekomunikasyon" istiqrazlarını portfeldən çıxarıb.
Bankın borc qiymətli kağızları portfeli 97.5 mln. manat təşkil edib. Kapital qiymətli kağızları isə 2.3 mln. manat olub.

Banklar     Tarix: 20 may 2026

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler rubl mezenne bitcoin dollar mezenne biznes qurmaq