Ziraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edib

Ziraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edib(®) Ziraat Bank Azərbaycan yeni, sayca 9-cu olan "Sədərək" filialını müştərilərin istifadəsinə verib
Filialın təntənəli açılışı Türkiyə Respublikasının səfiri Doç. Dr. Cahit Bağcı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Mürsəl Rüstəmov, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Rəşad Cabirli, "Azərsun Holdinq" MMC-nin İdarə Heyətinin üzvü Savaş Uzan, Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demirin və bank müştərilərinin iştirakı ilə baş tutdu.  
Ziraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edibRəsmi açılış tədbirində çıxış edən Ziraat Bank Azərbaycanın İdarə Heyətinin Sədri Dr. Selçuk Demir, bankın Qaradağ rayonunda fəaliyyət göstərən sahibkarlara keyfiyyətli və operativ bank xidmətləri təqdim etməyi və onların sahibkarlıq fəaliyyətlərini, xüsusən də beynəlxalq ticarət əməliyyatlarını, hərtərəfli dəstəkləməyi əsas hədəflərdən biri kimi vurğulayıb.
Dr.Selçuk Demir, Ziraat Bank Azərbaycanın ölkənin real sektoruna hərtərəfli dəstək olmaq istəyini bir daha vurğulayaraq, Sədərək Ticarət Mərkəzində yeni filialın açılmasının bu məqsədə xidmət etdiyini qeyd edib.  Bankın İdarə Heyətinin Sədri həmçinin Ziraat Bank Azərbaycanın 10 illik yubileyi münasibətilə cari ilin sonunadək əlavə iki filialın açılmasının və bununla filial sayının 11-ə çatdırılmasının planlaşdırıldığını bildirib.   
Dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini geniş müxbir şəbəkəsi vasitəsi ilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bank, Kiçik və Orta Sahibkarlara akkreditiv, qarantiya məktubları və beynəlxalq ticarətdə istifadə edilən digər bank məhsulları üzrə konsultasiya xidmətləri də göstərir.
"Sədərək" ticarət mərkəzində yerləşən Ziraat Bank Azərbaycanın yeni "Sədərək" filialı,  "Bir Bankdan Daha Artıq" şüarına uyğun olaraq həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətləri təqdim edəcək. Müasirliyi və funksionallığı ilə seçilən bu filial, həftənin beş günü saat 09:00-dan 17:00-dək müştərilərinə xidmət göstərəcəkdir.
 "Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ziraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edibZiraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edibZiraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edib/ marja.az

Banklar     Tarix: 15 avqust 2024

Oxşar xəbərlər

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. Belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən  kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 50 AZ

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma


iqtisadi xeberler valyuta kurslari investisiya dollar mezenne 1000 manatla biznes