"Ziraat Bank" Naxçıvanda filial açır

"Ziraat Bank Azərbaycan"ın Naxçıvanda filialı fəaliyyətə başlayacaq.
Bununla bağlı yanvarın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "Ziraat Bank Azərbaycan" ASC İdarə Heyətinin sədri Selçuk Demirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə "Ziraat Bank Azərbaycan"ın Naxçıvan filialının yaradılması barədə fikir mübadiləsi aparılıb.
Məlumat verilib ki, 160 illik tarixə malik və dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan "Ziraat Bank Azərbaycan" müştərilərə beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətləri təqdim edir. Bankın korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərinin qısa zamanda rəqəmsal satış və xidmət platformaları üzərindən əldə olunması da mümkündür.
Bildirilib ki, Naxçıvanda yeni filialın yaradılmasında məqsəd yerli sahibkarlara və investorlara keyfiyyətli, operativ bank xidmətləri göstərməkdir. Burada həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətləri təqdim olunacaq.
Görüşdə Naxçıvanda fəaliyyət göstərən sahibkarlar, xüsusilə inşaat sektoru üzrə fəaliyyət göstərən iş adamları üçün biznes kreditlərinin əlçatanlığının təmin olunması perspektivləri müzakirə edilib.
Görüşdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya iştirak edib. / banker.az

Banklar     Tarix: 18 yanvar 2024

Oxşar xəbərlər

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb

2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən $46,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $52,1 milyonla müqayisədə 10,7% azdır. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır


iqtisadi xeberler valyuta xeberleri biznes ideyalari bitcoin qiymeti dollar mezenne