100 min manatdan çox dəyərdə aksizsiz siqaretlər aşkar edilib

100 min manatdan çox dəyərdə aksizsiz siqaretlər aşkar edilibİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksiz markası olmayan və saxta aksiz markaları ilə markalanmış malların satışı hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Dövlət Vergi Xidməti tərəfindən aparılan əməliyyat tədbirləri zamanı Gəncə şəhərində belə məhsulların satışının həyata keçirildiyi bir sıra obyektlərin dislokasiyası müəyyənləşdirilib.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, 12 saylı Ərazi Vergilər Baş idarəsi və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məhkəmə qərarları əsasında və operativ vergi nəzarəti tədbirləri çərçivəsində keçirilmiş birgə nəzarət tədbirləri zamanı qeyri-qanuni olaraq külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları aşkar edilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Belə ki, Heydərov Rüstəm Qasım oğluna məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsi, ev 35 yaşayış ünvanında 865,7 min ədəd, Əliyev Şahin Qulu oğluna məxsus Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 20/6 ünvanda yerləşən ərzaq mağazasında 313,2 min ədəd və Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, ev 32 yaşayış ünvanında 588,4 min ədəd olmaqla, ümumi dəyəri 100 min manatdan yuxarı olan 1.767.360 ədəd aksiz markası ilə markalanmamış tütün məmulatı aşkar edilərək protokol əsasında götürülüb.
Hazırda faktlarla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.
DVX bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, aksiz markası ilə markalanmalı olan malların aksiz markası olmadan və ya saxta aksiz markaları ilə satışı qanun pozuntusudur. Qanunvericiliyin müddəalarının pozulmasına görə, məsuliyyət yalnız qeyri-qanuni məhsulların istehsalı və idxalı ilə məşğul olanlara deyil, həmçinin bu cinayət şəbəkəsinə cəlb edilmiş hər kəsə, o cümlədən onun pərakəndə satışını həyata keçirən şəxslərə də şamil olunur. Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı faktlarının aşkarlanması istiqamətində vergi nəzarəti tədbirləri davam etdirilir və qanun pozuntusu hallarına yol vermiş şəxslərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək. / marja.az

Maliyyə     Tarix: 10 iyun 2024

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq en son xeberler pul qazanmaq