"2023-cü il üzrə mənfəətimiz 40 milyon manatdan çox olacaq"

Biz nəinki həyat sığortası bazarında, o cümlədən ümumi sığorta bazarında mənfəət üzrə rekord bir nəticəyə gəlib çatmışıq. Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) göstəricilərinə əsasən 2023-cü ilin sonuna mənfəətimiz 40 milyon AZN-dən çox olacaq. 
Marja.az xəbər verir ki, bunu "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib.
Şirkətin sədri  "Strategiyamızın sonuncu ilinin uğurlu olmasını proqnoz edirdik, çünki 2021-2022-ci illərdə biznesimizdə xeyli işlər görülmüşdür, xüsusən də Agile transformasiya çərçivəsində müəyyən məhsulların inkişafı, proseslərin avtomatlaşdırılması, eləcə də Data Analitika sahəsinə kifayət qədər sərmayə qoyulmasını sadalaya bilərəm" deyərək əlavə edib. 
"Ötən il bildirmişdik ki, Agile metodologiyasını ənənəvi struktur olan Satış departamentində tətbiq etməklə yığımlarda 25%-ə yaxın artım əldə etmişik. Ümumiyyətlə, Agile metodologiyasını bəzi arxa ofis strukturlarının proseslərində tətbiq etdik və nəticələr uğurlu olduğundan artıq növbəti illərdə digər strukturlarda da sözügedən metodologiya tətbiq olunacaq. 
Məhsullar üzrə qeyd edə bilərəm ki, PAŞA Həyat cəmi 4 məhsulla təqdirəlayiq nəticələr əldə edib və ilin sonuna mənfəət üzrə yeni rekorda imza atıb. Digər könüllü növ məhsulların inkişafı istiqamətində işlərin icrası üçün laboratoriya yaradılıb və nəticə olaraq Korporativ Həyat Sığortası məhsulu üzrə 7,5 milyon AZN sığorta yığımları əldə olundu. Bu onun göstəricisidir ki, könüllü növ məhsullar üzrə inkişafın təməli artıq qoyulub və növbəti illərdə də satışların artırılmasına doğru gedəcəyik.
Həmçinin 2023-cü ildə PAŞA Həyat Naxçıvan nümayəndəliyinin açılışını elan etdi. Naxçıvan nümayəndəliyi portfelimizə daha çox İcbari sığorta sahəsi  üzrə təsir göstərəcək, növbəti illərdə isə biz bu bölgədə digər könüllü məhsul növlərinin üzərində də işləyəcəyik". 
Həmçinin oxu

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes