2023-cü ildə Bank BTB-nin əməliyyat mənfəəti 3,3 dəfə artıb
Bank BTB 2023-cü il ərzində bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirərək əməliyyat gəlirlərində kəskin artıma nail olmuşdur.
Marja.az xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, 2022-ci iln yekunları ilə müqayisədə bankın faiz gəlirləri 12% artaraq 2023-cü ilin sonuna 30 milyon manatdan, xalis faiz gəlirləri isə 14% artaraq 11 milyon manatdan artıq olmuşdur. Bankın xalis əməliyyat mənfəəti 3.3 dəfə artaraq 2.8 milyon manatı üstələmişdir.
Bank BTB-nin kredit portfeli il ərzində 5.7% artaraq 280 milyon manata çatmışdır. Bu artım bütün kreditləşmə istiqamətləri üzrə müşahidə olunmuşdur. Belə ki, ipoteka kreditləri 8%, istehlak kreditləri 4%, biznes kreditləri isə 2.4% artmışdır. İpoteka kreditləri üzrə aparıcı banklardan biri olan Bank BTB 2023-cü il ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 336 müştəriyə 19.5 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 109 müştəriyə 5.5 milyon manat həcmində kreditlər rəsmiləşdirmişdir.
2023-cü ilin sonuna Bankın məcmu kapitalı 51 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 20.6% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.
Bankın ani likvidlik əmsalı isə 89% təşkil edir (Mərkəzi Bankın minimum tələbi - 30%).
Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.




Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
"Sirab" və "Badamlı"nın sahibi daha bir şirkət yaradıb
Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI
Mərkəzi Bankın strategiyası işləyir – Beynəlxalq agentliklər nəticələri tərifləyir, reytinq yaxşılaşır - MÜSAHİBƏ
Azərbaycanda mikro biznes kreditlərin payı artır
Unibankdan yeni qərar: nağd kreditlər 9%-dən, maksimal məbləğ 70 000 manat
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR
Qadın sahibkarlar üçün Yelo Bank-dan parlaq imkan
Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi təklif olunur
CV-nin tərtib edilməsi prinsipləri
İban nədir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları