2023-cü ili xalis mənfəət ilə başa vuran banklar - SİYAHI, MƏBLƏĞLƏR
Azərbaycandakı banklar 2023-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. Marja.az-ın məlumataına görə, ötən il 23 bankdan 21-i xalis mənfəət əldə edib.
Aktivlərinin həcminə görə ən böyük 5 bank, ən çox mənfəət əldə edən banklardır.
Ötən il xalis mənfəət əldə edən bankların cəmi xalis mənfəəti 1 milyard 89 milyon 87 min manat təşkil edib.
Bank sektorundakı xalis mənfəətin 856 milyon 11 min manatı və ya 78,6%-i ən böyük 5 bankın, 989 milyon 41 min manatı və ya 91%-i 10 ən böyük bankın payına düşüb.
Ötən il 2 bank xalis zərər edib. Onlardan biri "Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc" ilə, digəri isə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara böyük məbləğdə vəsait ayırması ilə əlaqədar olaraq xalis zərər açıqlayıblar. Hər iki bank əməliyyat mənfəəti əldə ediblər, yəni gəlirləri xərclərini üstələyir.


"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları